Stephen Hawking: Bəşəriyyət 100 il içində özünü məhv edəcək.

Stephen Hawking: Bəşəriyyət 100 il içində özünü məhv edəcək.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Stephen Hawking dəfələrlə bəşəriyyətin gələcəyi haqqında tutarlı arqumentlərə istinad edərək proqnozlar verir. Ən böyük və nisbətən dəhşətli proqnozlardan biri insanların özləri özlərinin növbəti 100 ildə məhv etməsidir. O fikirlərini sürətli proqresiv elmin və texnologiyanın inkişafı ilə əlaqələndirir. 2014-cü ildə BBC\'ə müsahibə verərkən qeyd etmişdir ki, belə inkişaf yaxşıdır, amma yeni fikir və üsulların yaranması yanlış nəticələrə apara bilər. Məsələn təkmilləşdirilmiş nüvə silahları vasitəsilə nüvə müharibələri, qlobal istiləşmə.
 
Qeyd etdiyimiz kimi bu birinci dəfə deyil ki, S.Hawking bu fikrini bizlərə çatdırır. 2014-cü ildə süni zəkanın insan irqinin sonunu gətirə biləcəyini demişdi. ( Süni zəka haqqında saytımızda geniş araşdırılmış məqalələr var).
 

 
S.Hawking futurist olmaqla yanaşı, bir çox məsələlərə optimist yanaşır. Bu problemə də optimist yanaşaraq qeyd edir ki, bu problemin öhdəsindən gələ bilərik. Bu problemlə bağlı 2 nəzəriyyə irəli sürür.
 
1. Baş verən sürətlə inkişafa nəzarət edərək insan nəzarətindən çıxma ehtimalı azaltmaq. Süni zəkanın inkişafına və təkmilləşdirilməsinə limit qoymaq lazımdır.
 
2. Əgər problemin qarşısı alınmırsa və baş verirsə, insan irqini xilas etmək üçün başqa planetə, xüsusilə Marsa köçmək lazımdır. Bir çoxlarına bu fikir gülməli gələ bilər, qeyd edək ki, söhbət 100 ildən sonrakı vaxtdan gedir. Keçmiş 30-40 il ərzində bu qədər inqilabı texnoloji dəyişiklik olduğunu nəzərə alsaq, bu fikir utopik görünmür.
 


 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×