Stereotipləri qıran layihə - “WoWoman: Tech-Tech Xanım” 2 illiyini qeyd edəcək.
Digər
07.05.2017
Farid Pardashunas
Bəli, bəli, düz oxuyursuz, Tıq-Tıq Xanım yox –
Tech-Tech Xanım, WoWoman qadınların
inkişaf platformasının ən çılğın layihəsi.
İnformasiya və
Kommunikasiya Texnologiyaları adətən bəylərin üstünlük təşkil etdiyi sahə olsa
da, artıq bizim qızlar da burda fəallığını artırır. Buna təkan verən layihələr
sırasında Tech-Tech Xanımın xüsusi rolu danılmazdır. Belə ki, fəaliyyətdə
olduğu 2 il ərzində layihə sadəcə xanımlar üçün 25 proqram, 10 uzun müddətli
kurs təşkil edib və 1500-dən çox xanımın həyatında mühim rol oynayıb.
Layihə Meneceri
Günay Kazımzadə qeyd edib ki, Tech-Tech Xanım qızlara özünə inamlı olmaqla
yanaşı, İT sahəsinin bir çox istiqaməti üzrə bilik və bacarıqları öyrədir. "7
may Badamdar Oteldə 5 proqramın bağlanış mərasimi edəcəyik: "Oracle DBA”,
"C programming language”, "Help Desk” ,"Graphic Design” ,"CCNA R&C
Certification”. Artıq fəxrlə deyə bilərəm ki, ölkəmizdə bu terminləri bilən bir
çox xanım var. Əvvəl İT sahəsi uzaq və çətin görsənirdisə də, son zamanlar
qızlar aktiv şəkildə özlərini bu sahədə təsdiq edir, iş tapırlar, yeni biliklər
öyrənirlər.
Tech-Tech Xanım İT
dunyasına səyahətini növbəti aylarda da davam etdirəcək. Yay ayları üçün
proqramı və yeni layihələrimizi 7 may tədbirimizdə açıqlayacağıq. Bizə dəstək
olduqları üçün Badamdar Otelə dərin təşəkkürlərimizi bildiririk.”
Tədbirdə iştirak yalnız dəvətnamə ilədir. Ətraflı məlumatı linkdən əldə
edə bilərsizI https://www.facebook.com/events/1880189185575459/
Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün
yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata
keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)