1976: Apple şirkətini qurdu
1985: NexT\'i qurdu
1986: PiXaR\'ı satın aldı
1996: Apple\'a döndü
2006: PiXaR\'ı satdı
2. Steve Jobs Alexander Graham Bell, Albert Einsteyn və Henry Ford kimi öyrənməkdə çətinlik çəkməsinə səbəb olan disleksiya xəstəliyinə sahib idi.
3.Steve Jobs əslində dəcəl biri olub. 3cü sinifdə oxuyanda sinifə ilanlar salmış və bomba partlatdığını etiraf etmişdi.
4. Steve Jobsun işləmə nömrəsi 0 olmuşdur. Buna səbəb şirkət qurulduqdan sonra hər kəs id kart almalı və işə daxil olma sırasına görə nömrə götürməli idi. Apple II mühəndisi və şirkətin ortağı Steve Wozinak 1 nömrəli id kartı götürdüyü üçün Steve Jobs 2 nömrəlini götürmək məcburiyyətində qalmışdı. Amma sonra o, özünün 1cidən əvvəl gəldiyini deyərək 0 nömrəli id kart tərtib etdirdi.
5. Steve Jobs kompyuterlərlə 15 yaşında tanış olmuşdu. Onu tanış edən isə Hewlett Park\'da mühəndis kimi işləyən Larry Lang idi. Məhz bundan sonra o, ilk kompyuterinə sahib oldu.
6. Yazıları bəzəyərək yazmağı sevirdi. Xəttatlıqla yaxından maraqlanırdı. Məhz buna görə də Makintoşda olan xoş görünümlü yazılarını o dizayn etmişdi. Daha sonra bu yazı stili Windows tərəfindən oğurlandı.
7. Təmiz deyildi. Hətta Ataridə işlədiyi müddətdə bir gün gecə təmizləməsinə aparılmışdı. Çünki çox pis qoxur və özünə baxmırdı.
8. İlk kostyumunu isə 22 yaşında almışdı. Almasına səbəb də 1977-ci ildə Apple II təqdim etmək üçün qatıldığı bir sərgidə kostyum geyinmək şərtinin olması idi.
9. St.Croix qara kaşmir və ipək boğazlı köynək, Levi\'s markalı göy şalvar, New Balance markalı idman ayaqqabısı onun gündəlik geyimi idi. Hətta iddialara görə bunlardan onda 100lərlə var idi.
10. Bir dəfə səhvən öldüyü yayımlanmışdı. 2008-ci ildə Bloomberg öldüyün məlumatını kabel kanalı ilə göndərmiş və bu xəbər bütün mediaya bomba kimi düşmüşdü.
11. Meyvələri çox sevirdi. Elə şirkətin adının "Apple" olması da buna bağlı idi. Almanı çox sevirdi. Steve ailəsi həmçinin vegetarian idi. Heç vaxt ət məhsulları almırdı.
12. Pepsi Co\'nun prezidentini öz şirkətinə gətirməyə nail oldu. John Sculley\'i Apple CEO\'luğuna gətirə bilmək üçün ona belə demişdi: "Bütün həyatın boyunca şəkərli su satmaq istəyirsən, yoxsa dünyanı dəyişdirmək istəyirsən?"
13. Steve Jobs Apple CEO\'su olaraq ildə 1 dollar maaş alırdı. Disney hissələrindən isə illik 48 milyon dollar gəlir əldə edirdi.
14. Steve Jobs "Forbes" jurnalının ən zənginlər sırasında 136-cı yerdə idi. Sərvəti isə 5.5 milyard dollar idi.
15. Zarafat etməyi sevirdi. 2007-ci ildə Macworld\'də iPhone 4\'ü tanıdarkən Starbucks\'a zəng etmiş və 4000 südlü qəhvə sifariş vermişdi.