Reklam
Steve Jobs-un Apple-da etmək istəmədiyi lakin Tim Cook-un etdiyi 6 yenilik

Steve Jobs-un Apple-da etmək istəmədiyi lakin Tim Cook-un etdiyi 6 yenilik

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Vaxtı ikən Steve Jobs olmadan Apple şirkətinin uzun müddət trenddə qalmayacağı haqqında söhbətlər gedirdi. Lakin Jobs-un vəfatından artıq 5 il keçib və Apple trend şirkət olaraq qalır. Görünür Tim Cook Apple biznesini çox yaxşı idarə edə bilir. Buna baxmayaraq o hansı qərarları qəbul edir?

Böyük smartfonlar


Baxmayaraq ki, bir müddət öncə 4 inç ekranlı iPhone SE təqdim olunmuşdur, şirkətin əsas diqqəti böyük smartfonlara yönəlib. Hazırki seriyada iki model var (4.7 inç ekranlı iPhone 6 / 6s və 5.5 inç ekranlı iPhone 6 / 6 Plus). Bir çoxları Apple-ın böyük smartfonlarına çox gec öyrəşirdilər. Belə ki, bir əl ilə böyük smartfonu idarə etmək bir qədər çətindir. Steve Jobs isə böyük smartfonlara inanmırdı. O düşünürdü ki, böyük iPhone-ları heç kim almayacaq. Deyilənə görə Steve Jobs 4 inç ekranlı Samsung Galaxy S-i əlində tutan zaman o bildirmişdir ki, bu cihazı istifadə etmək qeyri-mümkündür (həmin vaxt isə cihaz artıq yaxşı satış göstəricilərinə sahib idi). Lakin 3.5 inç bir əl ilə idarə üçün ideal seçimdir. Xatırlayırsınızsa iPhone 4 modeli ilə "death grip” adlı səs salmış hadisə baş vermişdi. Müsahibələrin birində Steve Jobs-a bildirmişdilər ki, samrtfonun ölçülərinin böyüdülməsi bu problemi həll edə bilər. Steve Jobs isə öz növbəsində bunun yaxşı variant olmadığını qeyd etmişdi. Məlum olduğu kimi 2012-ci ildə 4 inç ekranlı iPhone 5 təqdim olunmuşdur. Onun ardından isə 4.7 və 5.5 inç ekranlara sahib iPhone 6 modelləri təqdim olundu. Beləliklə Apple qəbul etdi ki, böyük smartfonlar bazarı ələ keçirib.

Kiçik planşetlər

2012-ci ildə ilk dəfə olaraq iPad Mini təqdim olundu. Steve Jobs isə düşünürdü ki, 7 inç ekranlı planşeti istehsal etmək mənasızdır. Belə ki, cihaz sistem təminatının bütün özəlliklərini təqdim etməyə qadir olmayacaq. Lakin iPad Mini qısa zaman ərzində məşhurluq qazandı. Adi versiya belə çox böyük və ağır olması ilə yanaşı həmdə daha çox ev cihazı təəssüratını bağışlayır. Lakin iPad Mini modelini istifadəçi istənilən yerə yanında apara bilər. Cook-a bu barədə sual veriləndə o belə bir cavab vermişdir. "Jobs deyirdi ki, heç vaxt 7 inç ekranlı planşet istehsal etməyəcək. iPad Mini isə demək olarki 8 inç ekrana sahibdir”.

Stilus

Birinci iPhone-nun əfsanəvi təqdimatında Steve Jobs-un çıxışı zamanı ekranda belə bir slayd var idi. "Stilus kimə lazımdır?”. Bəli barmaqla idarəsi rahat interfeysə və yığcam ekrana sahib iPhone 2007-ci ildə innovativ və nümunəvi bir cihaz idi. Apple təsisçisi deyirdi ki, tanrı insana 10 möhtəşəm stilus bəxş edib. Həmin stiluslar insan barmaqlarıdır. "Plastik material ilə ekranı klikləmək kimin xoşuna gəlir? Siz maraq üçün bir neçə dəfə stilusdan istifadə edəcəksiniz. Lakin sonra onun varlığı barəsində unudacaqsınız” – deyə Steve Jobs bildirmişdi. Keçən il 12.9 inç ekrana və stilusa sahib iPad Pro satışa çıxdı. İlk öncə cihaz bir xeyli tənqid olundu. Lakin buna baxmayarq onun satışları yaxşıdır və əyləncədən daha çox iş üçün nəzərdə tutulub.

Maddi dizayn

Steve Jobs "həyatda olduğu kimi” adlı dizaynın tərəfdarı idi. Məhz buna görə Notes tətbiqi əsl bloknota, Game Center oyun masasına, iBooks taxta kitab rəfinə bənzəyirdi. Maraqlısı ondadır ki, Jobs dizaynerlərdən iCal bölməsi üçün öz şəxsi təyyarəsindəki "dəri”-ni yaratmağı xahiş etmişdir. Jobs-un şirkətdən getməsindən bir il sonra Tim Cook IOS-in yaradılmasında cavabdehlik daşımış Scott Forstall-ı işdən çıxarmış və öz diqqətini IOS 7-nin hazırlanmasına yönəltmişdir. Həminki vaxtdan IOS müasir "yastı” dizaynı ilə fərqlənir. Biz isə artıq buna öyrəşmişik (asanlıqla olmasa belə).

Tərəfdaşlar ilə danışıqlar

2014-cü ildə Apple IBM ilə müqavilə bağladı. Bağlanmış müqavilə çərçivəsində IBM tərəfindən biznes tətbiq seriyası yaradıldı. Apple isə öz növbəsində cihazlarının korporativ mühitdə məşhurlaşması üçün imkan əldə etdi. Hər şeyin yaxşı getməsinə baxmayaraq Jobs prinsipcə IBM-i sevmirdi. O düşünürdü ki, IBM istənilən innovativ fikri dəstəkləmir. Çox güman ki, Jobs Samsung-un nümayəndələri ilə də görüşməyə razı olmazdı. O bildirirdi ki, "Samsung-un DNT-də kopyalama durur” və çinlilər yaxşı fikrin götürülməsi ilə hazır məhsulun kopyalanması arasındakı fərqi görmürlər. Cook isə Samsung-u dəfələrlə tərifləyirdi. O bildirirdi ki, Samsung Android platformasında ən yaxşı smartfon istehsalçısıdır.

Xeyriyyəçilik və qazanc payı

1997-ci ildə Steve Jobs yenidən Apple şirkətinin CEO-su vəzifəsinə təyin olunanda onun əsas məqsədi şirkətə qazancın gətirilməsi idi. Beləliklə o ilk öncə xeyriyyəçiliklə bağlı işləri ləğv etdi və səhmdarlara qazanc payının verilməsindən imtina etdi. Şirkət yenidən qazanc əldə etdiyi bir vaxtda xeyriyyəçilik ilə bağlı işlər aktiv olmadı. Jobs-a bu cür məsələlər maraqlı deyil idi. Tim Cook isə əksinə aktiv şəkildə xeyriyyəçilik ilə məşqul olan bir insandır. Bundan əlavə olaraq o qazanc payının verilməsini bərpa edib və bir çox sosial proqramlarda iştirak edir. O gey paradlarda iştirak edərək fiziki cəhətdən məhdudlaşmış insanlar üçün nəzərdə tutulmuş layihələri dəstəkləyir.

Bəs sizin fikrinizcə əgər Steve Jobs Apple-ın CEO vəzifəsində qalsaydı yuxarıda sadalanan prinsiplərdən hansınısa yerinə yetirərdimi? Məsələn yoxsa indiyənə kimi iPhone-lar 3.5 inç ekranlı modellər şəklində satışa çıxacaqdı? Hər-halda Tim Cook-un dediyinə görə Steve Jobs qəribə insan idi. O öz fikrini bir anın içində 180 dərəcə dəyişə bilərdi. Beləliklə siz heç xatırlamayacaqdınız ki, bir neçə dəqiqə öncə o tamamilə başqa cür düşünürdü.
Alma Store-da tələbələr üçün ənənəvi aksiya

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×