main-post-cover

    Steve Jobs-un həyatını dəyişən bir sual

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    1976-ci ildən yəni Apple şirkətini yaratdıqdan Steve Jobs demək olarki bütün vaxtını sevimli işinə və şirkətinə sərf edirdi. O demək olarki bütün konfranslarda, iclaslarda şəxsən iştirak edirdi. Və cəmi bir dəfə o çox vacib iş görüşməsini buraxdı. "Yəgin ki, çox ciddi səbəbi var idi” – deyə düşünə bilərsiniz. Necə bu işinə aşiq insan iş görüşməsini başqa bir şeyə dəyişə bildi?

    Steve Jobs-un həyatını dəyişən bir sual
     
    Səbəbi isə çox sadədir. Steve bu iş görüşməsini gələcəkdə həyat yoldaşı olacaq xanımla ilk şam yeməklərinə çıxmaq üçün buraxmalı oldu. Steve bir gün universitetdə auditoriya qarşısında çıxış edirdi. Lauren Powell onun gələcək yoldaşıda orada əyləşmişdi. Xanım Steve-in xoşuna gəlir və öz çıxışından sonra dərhal ona yaxınlaşıb tanış olmaq qərarına gəlir. Onlar nömrələrini bir birlərinə verirlər. Steve çox gözləmək istəmir və elə həmin gün Lauren-i sam yeməyinə çağırmaq istəyir. Lakin həmişə olduğu kimi bir əngəl olur - əvvəlcədən planlaşdırılmış iş görüşməsi.
     
     
    Steve Jobs-un həyatını dəyişən bir sual
     
    Maşına oturduqda Steve özünə çox vacib bir sual verir: "Həyatımın sonuncu günü olsaydı mən nə edərdim?” Çox düşünmədən Steve universitetə qayıdır, Laureni tapır və onu özü ilə aparır. Və bu andan etibarən onlar daha ayrılmırlar.
    Walter Isaacson – Steve Jobs ©
    Linki kopyala