Steve Jobs-un özəl həyatı.

Steve Jobs-un özəl həyatı.

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Steve Jobs-un ilk sevgisi 1972-ci ilin yazında məktəbi bitirməyə az qalmış tanış olduğu, hippi-qız - Chrisann Brennan olub. Həmin ilin yayında valideynlərini qarşı olmasına baxmayaraq Steve evini tərk edib Los-Altes dağları ətəyindəki meşəliklərin birində Chris ilə bir daxmada qalmağa başladı. Chris əla şəkil çəkə bilirdi, Steve isə gitarada mahnı ifa edir, şeirlər yazmağa çalışırdı. Onların uzun müddət davam edən münasibətlərini adi münasibət adlandırmaq olmaz. Onlar birlikdə LSD qəbul edir, pul qazanır, avtostopla səyahət edirdilər. Steve və Chris tez tez ayrılıb yenidən bir araya gəlirdilər. Ayrılıq ərəfələrində Chris başqaları ilə tez tez münasibətdə olurdu 
1976-ci ildə, Steve-in Hindistandan qayıtmasından sora dəyişməsindən təsirlənən Chris onların ortaq dostu Greg Kelxun ilə Hindistana yollandı. Ordan isə yalnız qayıtdi. Və bir neçə ay sonra Chris-in hamilə olduğu aşkar oldu. Jobs özünü elə aparırdiki, guya bu xəbər ona maraqlandırmır və qeyri-adi heç nə yoxdur. 1978-ci ilin May ayında Chris qızı Liza-nı dünyaya gətirdi. Jobs bu qızın atası olması faktını inkar edirdi və Chrisin başqa başqa insanlarla görüşdüyünü söyləyirdi. Jobsun satın aldığı vəkillər müxtəlif adamları Steve və Chrisi yataqda görmədiklərinə şahidlik etməyə dəvət edirdilər və Chrisin müxtəlif münasibətləri haqqında dəlillər toplayırdılar. Chris, Jobsun qızını qəbul etməməsi üçün onu gəzəyən kimi qələmə verdiyini hər kəsə söyləyirdi. Bütün bunlara baxmayaraq Jobs Chrisi Lisanı yad insanlara verməməyə məcbur edirdi hətta Apple kompüterlərinin birinin adına qızın adını vermişdi. Apple Lisa. Lakin o bu faktı heç vaxt qəbul etməmişdi. 
Bir ildən sonra Jobs atalıq testi keçdi və 94.41%-lə Lizanın onun qızı olması faktı aşkar oldu. Məhkəmə onu aliment verməyə məcbur etdi. Hətta bundan sonra belə Jobs heç vaxt Lisanın onu qızı olması faktını qəbul etmədi. O özünün sonsuz olduğunu, Lisanın atasının isə ABŞ-ın kişilərinin 28%-i ola biləcəyini söyləyirdi. 
Lakin sonra Jobs Lisanı qəbul etdiyini bildirdi. Söylədiyinə görə isə o bunu DNA testindən dərhal sonra etmişdi. Jobs Chris və Lisa üçün Palo-Altoda ev tutdu və qızının bütün təhsil xərclərini qarşıladı. Hətta Lisa məktəbdə oxuduğu müddətdə 4 il Jobsun ailəsi ilə birlikdə qalırdı. 
Nəticədə isə Jobs öz səhvini qəbul etdi: "Özümü belə aparmamalıydım. Mən özümü ata kimi təsəvvür etmirdim. O zaman buna hazır deyildim. Əgər indi imkanım olsaydı etdiyim bu səhvi dəyişərdim"

www.ann.az


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NEXUS cihazlara factory image yazılması qaydası!

Ötən həftə xatırladığınız kimi, yeni Nexus modellərinin tanısıldığı tədbird..


"Birdən birə Siemens telefonları niyə yoxa çıxdı?"

Bu məqalədə biraz keçmişə nəzər salacağıq və bir vaxtlar hər kəsi öz telefonları ilə heyrətə..


Titanic-ə səyahət.

 1987-ci ildə National Geographic telekanalında Titanic haqqında sənədli filmə baxan rejiss..

×