main-post-cover

    Steve Jobs\'un həyatında unuda bilmədiyi 10 anı. (Həyat hekayəsi)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiya dünyasının ən vacib simalarından olan Steve Jobs-un həyatında baş verən 10 dəyərli və yadda qalan anları sizinlə bölüşürük. Buyurun, Apple şirkətinin nüfuz qazanmasının 10 ardıcıl mərhələsi.

    1976-ci ildə evinin qarajında ortağı Steve Wozniak ilə birlikdə Apple Computer-i qurdu. İlk məhsulları olan Apple l fərdi komputerini 666 dollar dəyərində sataraq uzun bir yolun başlanğıcını etdilər.

    1983- Ömrünün sonuna qədər şirin su satmağa davam edəcəksən?
    1983-cü ildə Apple sürətlə böyüməyə davam edirdi. Bu ərəfələrdə şirkətin sahiblərini kifayət qədər görməyən Steve, Pepsi CEO-su John Scullini müxtəlif yollarla Apple-a gətirməyə çalışırdı. Görüşlərin birində Sculli-yə "ömür boyu şirin su satmağa davam etmək yoxsa dünyanı dəyişdirmək istəyirsən?" deyə sual ünvanladı. Bu hadisədən sonra texnoloji baxımdan şirkətin inkişafına nail olunsada satış azalmaları şirkətin vəziyyətini pisləşdirdi.
     
    1985- Apple-dan böyük olduğu düşünürdü...
    İki il əvvəl John Sculli ilə ortağ olan Steve-in işləri yaxşı getmirdi, tez-tez baş verən mübahisələr, fikir ayrılıqları SteveSculli-nin münasibətlərini korladı. Nəticədə ortağı tərəfindən Apple-dan qovulan Steve Jobs, çox keçmədən özünün yeni şirkəti olan Next Computer-i qurdu və bu addımla Apple-dan böyük olduğunu düşünürdü.
     
    1996- Steve Job-sun Apple-a qayıdışı.
    1996-cı ildə Next Computer-in sürətlə böyüməsi Apple-ın diqqətini çəkdi. Next Computer-i alaraq Steve Jobsu yenidən Apple-a geri qaytarmaq istəyən Apple sahibləri, bunu bacardı. Gil Amelio əvəzinə müvəqqəi olaraq CEO kürsüsünə oturan Steve Jobs illik 1 dollar maaşa razılaşmışdı. Bu pulla Apple şirkətinin ən az maaş olan işçisi kimi də gələcəkdə rekordlar kitabına düşəcəkdi. Edilən həmlələr nəticəsində Aplle-ın gəlirləri gözə görülən səviyyədə artmağa başladı. Keçici adı altında fəaliyyət göstərsə də Steve Jobs ilin sonu 30 milyon dəyərində Apple-dan pay aldı.
     
    1998 - iMac G3 satış rekordları qırdı.
    Fərdi komputerlərin görünümünə dəyişiklik gətirən bu yeni komputer standart komputerlərdən dizaynına görə çox fərqlənirdi. İndiyə qədər belə bir gövdəyə və qutuya sahib komputer yox idi. İlk 5 ayda 800.000 satılan bu komputer Apple-ın inkişafının təməl məhsulu idi. Bu gedişlə Apple 2011-ci ildə ABŞ-dan daha zəngin görünürdü.

    2001- növbəti məhsul hansı olacaq?
    Musiqi dövrü başlayırdı. Bu vaxtlar musiqi sektorunda piratçılığın artması müəllifləri və satanları çox narahat edirdi. Bu istiqamətdə addım atmağı qərara alan Steve "1000 mahnı cibinizdə" sloqanı ilə iPod-ların satış tarixin başlatdı. Cihaz dünya miqyasında 348 euroya 250 milyon ədəd satılırdı.

    2003- Xerçəng diaqnozu.
    Təqvim yarpaqları 2003-ü göstərəndə dünyada nadir görünən bir xərçəng növu nadir insan Steve-də tapıldı. Mədə altı vəzinin xərçəngi diaqnozu ilə əməliyyat olan Steve-in hələ dünya ilə işi bitməmişdi. 1 il sonra vəziyyəti yaxlışan Steve yenidən işinin başına dönməyi qərara alır.
     
    2007- Yeni bir telefon doğuldu!
    iPhone məhz ilk dəfə 2007-ci ildə təqdim olundu. Bununla ağıllı telefon bazarına daxil olan Apple, bu bazarda da lider olmağı bacardı. Məhz, iPhone vasitəsilə "touch screen" termini yarandı və bu telefonda klaviaturadan imtina olundu.

    2011- Buraya qədər...
    24 avqust 2011-ci ildə səhhətində yaranan problemlərə görə vəzifəsindən çəkilən Steve-in postuna davamçısı Tim Cook gəldi.  5 oktyabr 2011-ci il tarixində texnologiya dünyasına ağır itki üz verdi. Bir dahi xərçəngə məğlub olaraq həyata gözlərini yumdu...

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər