main-post-cover

    Steve Jobsun tətbiq etdiyi prinsip "Nike"ın şirkət kimi inkişafına böyük təkan verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bütün seçimləri tətbiq etmək heç də həmişə fayda vermir. Bəlkə də bu prinsip Apple-ın bir şirkət olaraq bu qədər böyüməsində böyük rol oynayıb

    Mark Parker 2006-cı ildə "Nike”ın CEO-su seçildikdə ilk etdiyi iş "Apple”ın CEO-su Steve Jobs ilə məsləhətləşmək olub. Nike minlərcə məhsulu daha irəli səviyyəyə daşımaq üçün digital strategiyalar üzərində dayanmışdı. Steve Jobs isə Parkerə qısa, amma çox anlamlı məsləhət verdi: "Nike" məhsullarının bəziləri dünyanın ən yaxşıları olub, arzu olunanlar siyahısında yer alır. Buna baxmayaraq, bir çox gərəksiz məhsullar da istehsal edirsiniz. Gərəksiz məhsulları bir tərəfə qoyun və ən yaxşıları önə çıxarmağa çalışın. Bundan sonra "Nike”, "Apple” məhsullarına inteqrasiya edən texnologiyalara yönəldi. Bunun nəticəsində ortaya çıxan Nike +, Nike firmasının ən müvəffəqiyyətli kampaniyası olmağı bacardı. Bu məsləhəti öz iş həyatında da öndə tutan Jobs, 1997-ci ildə qovulduğu şirkətə geri döndükdə məhsulların 70%-nin istehsalını saxladı və bununla da firmanın zərərini 1.04 milyard dollardan 309 milyon dollar endirə bildi.
    Jobs çox yaxşı bilirdi ki, çoxlu seçim diqqət dağınıqlığı yaradır və bu isə öz növbəsində pul, zaman və enerji itgisi demək idi.
     
    Niyə bir məhsul ortaya çıxarmaq bu qədər çətinlik yaradır?
    Steve Jobsun rəhbərliyinin ilk üç ilində "Apple" sadəcə bir məhsul çıxarmaq üzərində dayandı. İlk məhsuldan sonra şirkət daha da böyüdü.
    Prinsip etibarilə Steve həqiqətən haqlı idi. Keyfiyyətli məhsul ortaya qoymaq nadir görünə bilər. Ancaq nadir şeylər dəyərlidir. Bir məhsulun istehsalına adaptasiya olmaq şirkətin qaynaqlarını da qoruyur. Hər şeydə ən yaxşı olmaq çoxlu rəqabət mühiti yaradır ki, bunun üçün də bol enerji, pul və zaman tələb olunur.
    Bir məhsul ortaya çıxaracaqsınızsa onda özünüz üçün "yox” siyahısı qurun. Bu siyahıda etməyi planlaşdırmadığınız işləri qeyd edin.Buna misal olaraq yeni məhsul istehsalı, yeni məhsul üçün qurulacaq ortaqlıqlar, yeni xüsusi layihələr, tədbirlər, pullu reklamlar və s. daxildir. Bunları etmək yaxşıdır, amma vacib olan şeyi ikinci planda saxlayıb sadalananları önə çıxarmaq məhsulunuzun uğursuz gələcəyinə zəmin yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər