main-post-cover

    Steven Spielberg-dən daha bir yeni film

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Warner Bros. Pictures, Village Roadshow Pictures və Dreamworks Pictures studiyaları Steven Spielberg-in "Ready Player One" adlı roman əsasında çəkəcəyi filmin premyera tarixini açıqlayıblar. Film izləyicilərə 15 Dekabr 2017-ci ildə təqdim olunacaq. Ernest Cline-nın romanında hadisələr yaxın gələcəkdə qlobal krizisin cərəyan etdiyi dövrdə baş verir. Dünya əhalisinin çox hissəsi acı reallıqdan gizlənmək üçün OASİS adlı virtual utopiyaya sığınırlar. Həmin reallıqda insanlar ideal alternativ həyat yaşama şansı qazanırlar.
    Romanın baş qəhrəmanı Wade Watts virtual yarışmada iştirak etməyi qərara alır. Qalibi isə OASİS-in yaradıcısının milyardlarla sərvəti gözləyir. Wade həmin sərvəti əldə etməkdən ötrü həm real həmdə virtual dünyada hər şeyə hazır olan amansız yarışmacılar ilə qarşılaşır. Steven Spielberg həmçinin filmin prodüsseri qismindədə çıxış edəcək. Filmin ssenarisini isə "The Incredible Hulk" və "X-Men: The Last Stand" filmlərinin ssenarilərini hazırlamış Zak Penn yazacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər