main-post-cover

    Steven Spielberg-in yeni filmi "Bridge of Spies"

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Uzun müddətli fasilədən sonra Steven Spielberg "Bridge of Spies" adlı yeni filmi ilə qayıdır. Filmdə hadisələr Soyuq müharibə zamanı cərəyan edir. CIA təşkilatı vəkil James Donovana SSRİ-ə əsir düşmüş amerikalı kəşfiyyatçı pilotun azad edilməsi tapşırığını verir. Bundan əlavə CIA SSRİ cəsusunu yaxalayır. İki ölkə arasında nüvə müharibəsinin qarşısını almaq üçün James Donovan Şərqi Berlinə yollanaraq kəşfiyyatçı pilotu vətənə qaytarmalı, CIA tərəfindən yaxalanan cəsusu isə SSRİ-ə təhvil vermək üçün danışıqlar aparmalıdır. Filmdə baş rolları Tom Hanks, Alan Alda, Amy Ryan, Austin Stowell və başqaları canlandırıblar. "Bridge of Spies" filminin premyerası bu ilin oktyabr ayında baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər