main-post-cover

    Stiv Cobs-un əşyaları hərraca çıxarıldı. Hərracda hansı əşyalar satılacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” şirkətinin təsisçisi Stiv Cobs-un (Steve Jobs) vaxtı ikən işlətdiyi bəzi əşyalar Hollivudda keçiriləcək hərracda satılacaq.

    Bu hərrac son zamanlarda keçirilmiş bu tipli hərraclar arasında ən böyüyüdür. "Julien’s Actions” hərrac təşkilatı Stiv Cobs-un bəzi nadir əşyalarını satışa çıxardıb. Onların arasında ən bahalısı Cobs-un 80-ci illərdə (IBM ilə rəqabətin olduğu illər) geyindiyi dəri gödəkcə olub. Məhz həmin gödəkcə ilə Stiv Cobs IBM loqosuna orta barmağını göstərən zaman şəkil çəkdirmişdir. Foto 30 il bundan əvvəl – "IBM” "Apple”ın ən böyük rəqibi olduğu vaxtda çəkilib. Dəri gödəkcənin hərrac qiyməti 12.000$ təşkil edib.
    Hərracda həmçinin digər əlverişli əşyalar var. Məsələn hərrac təşkilatı Cobs-un, üzərində NEXT yazısı olan qara sviterini 3000$-a dəyərləndirib. Həmin sviter Cobs-un "NeXT” şirkətinin CEO-su, "Apple” və "Pixar”ın isə direktorlar şurasının sədri olduğu dövrə təsadüf edir. Sviterin arxa tərəfində "1980s: Personal Computing/ 1990s: Interpersonal Computing” yazısı var. Vaxtı ikən Cobs dizayner İssey Miyaki-dən (Issey Miyake) onun üçün bu cür sviter kolleksiyasını yaratmağı xahiş etmişdi. Dizayner isə onun üçün yüzlərlə sviterdən ibarət kolleksiya hazırlamışdı.
    Digər bir əşya isə Cobs-un geyindiyi Levi’s markalı göy cins şalvardır. Vaxtı ikən Cobs həmin şalvarı Levi’s mağazalarından birindən almışdır. O andan etibarən "Levi’s” brendi bir xeyli məşhurlaşdı. Bu əşyanın hərracdakı ilkin qiyməti isə 1.200$ təşkil edir.
    Həmçinin hərracda Cobs-un CD playeri (400$), xələti və elektron üzqırxan cihazı (600$) yer alıb. Hərrac 23 Sentyabr tarixinə kimi davam edəcək. İstənilən şəxs hərracda iştirak edə bilər. Bu isə o deməkdir ki, hərracda təqdim olunmuş əşyaların qiyməti hələ artacaq. Bəzi istifadəçilər hərrac təşkilatına öz mənfi fikirlərini bildiriblər. Onlar əsasən bildiriblər ki, bu üsul ilə hərrac təşkilatı Cobs-un ölümü sayəsində pul qazanmağa çalışır. "Julien’s Auctions” hərrac təşkilatı nümayəndələrinin sözlərinə görə isə onlar bu üsul ilə əfsanəvi sahibkara olan hörmətlərini əks etdirirlər.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər