Stiven Hokinq-dən iş, elm və həyat haqqında 11 maraqlı sitat

Stiven Hokinq-dən iş, elm və həyat haqqında 11 maraqlı sitat

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Stiven Hokinq-in 21 yaşı olanda ona yan amiotrofik skleroz diaqnozu qoyulmuşdu. Həkimlər ona yalnız 2 il yarım yaşaya biləcəyini söyləmişdilər. Lakin proqnozlara və edilmiş əməliyyatlara baxmayaraq Stiven Hokinq-in artıq 73 yaşı var və o aktiv həyat tərzi sürür. Sizlərə elm dünyasının məşhur simalarından sayılan Stiven Hokinq-in 11 maraqlı sitatını təqdim edirik.

Öz məktəb illəri haqqında:


"Məktəbdə və əsasən də öz sinifimizdə mən heç vaxt ağıllı şagird olmamışam. Mən ev tapşırıqlarına lazımi diqqəti ayırmırdım. Yazı xətdim isə müəllimləri əsəbləşdirirdi. Lakin buna baxmayaraq mənim sinif yoldaşlarım mənə "Eynşteyn” ləqəbini qoymuşdular. Görünür onlar bilirdilər ki, məndə böyük potensial gizlidir. Mənim 12 yaşım olanda dostlarımdan biri digəri ilə bir torba şirniyyatdan mərcə girmişdi ki, məndən heç vaxt uğurlu insan alınmayacaq. Düzü heç bilmirəm həmin mərc doğurdan da baş tutdu yoxsa yox”.

Yadplanetlilər ilə görüş haqqında:

"Əgər yadplanetlilər nə vaxtsa bizi ziyarət etsələr bu hadisə Xristofor Kolumbun Amerikanı kəşf etməsindən daha ciddi olacaq. Biz yaxşı bilirik ki, Xristofor Kolumbun Amerikanı kəşf etməsi köklü amerikalılara necə pis təsir etdi. Biz ilk öncə özümüzə qıraqdan baxmalıyıq. Məhz bunu etməklə biz anlayacağıq ki, ağıllı həyat forması indiki hala necə dəyişə bilər və biz özümüz bu cür həyat forması ilə görüşmək istərdikmi?”

Yeni elmi kəşf anı haqqında:

"Mən bunu sevişmək ilə müqayisə etməzdim. Lakin bilirəm ki, bundan alınan həzz daha uzun müddət sürür”

Əlillik haqqında:

"Əgər siz əlil olmusunuzsa bu heçdə sizin günahınız deyil. Lakin buna görə ətraf dünyanı günahlandırmaq və ondan mərhəmət gözləmək lazım deyil. Hadisəyə nikbin nöqteyi nəzərdən baxmaqla özünüzü həqiqətən kəşf etmək üçün hadisədən yalnız ən yaxşı xüsusiyyətləri çıxartmağa çalışmalısınız. Əgər kimsə fiziki cəhətdən məhduddursa onda həmin insan özündə psixoloji məhdudiyyətin yaranmasına yol verməməlidir. Mənim fikrimcə bu problemlə qarşılaşan insan özünü fiziki məhdudiyyətlərin problem kimi qarşılanmadığı sahələrə öz diqqətini cəmləməlidir. Təbii ki, məndən heç vaxt paralimpiya atleti çıxmaz. Hər-halda mənim üçün bu cür nəticə çıxartmaq daha asandır. Çünki atletikanı heç vaxt sevməmişəm. Digər tərəfdən elm fiziki cəhətdən məhdudiyyətli insanlar üçün gözəl sahədir. Çünki bu sahədə çox vaxt insan beyni ilə çalışır. Bəzən təcrübi işlər üçün fiziki güc tələb olunur. Buna görədə ən ideal variant elmin nəzəri sahəsidir. Mənim fiziki məhdudiyyətliyim heç vaxt nəzəri fizikası üzrə işlərimə təsir etməyib. Əslində əlilliyim mənə bir növ kömək də olub. Əgər sağlam olsaydım bir çox leksiyalar və inzibati işlər ilə məşqul olacaqdım. Bu baxımdan fiziki məhdudluğum məni bu işlərdən azad edib. Hər-halda bu sahədə uğur qazanmağımın əsas səbəblərindən biri həyat yoldaşımın, uşaqlarımın, iş yoldaşlarımın və tələbələrimin dəstəkləri olub. Mən ümumilikdə kəşf etdim ki, çox zaman insanlar sənə kömək etməyə hazırdılar. Lakin bunun üçün onları ruhlandıraraq göstərmək lazımdır ki, onların səyləri nəticəsində sənin gördüyün iş üzərindən gələcəkdə böyük nailiyyətlərə sahib olmaq olar”

Zaman içərisində səyahət etmək haqqında:

"Belə bir imkanım olsaydı 1967-ci ilə qayıdardım. İlk övladım Robert-in anadan olduğu günə. Mənim 3 övladım mənə böyük xoşbəxtlik gətirib”

Tale və azad iradə haqqında:

"Mən fikir vermişəm ki, həyatda hər şeyin öncədən qəbul olunduğunu və bunu dəyişməyin mümkün olmadığını düşünən insanlar belə yolu keçən zaman öz düşüncələrini dəyişirlər”

Elmin dinə qarşı olması haqqında:

"Elm və din fundamental səviyyədə fərqlənirlər. Din avtoritet üzərində qurulduğu halda elm müşahidələr və sualların həll edilməsi üzərində qurulub. Elm qalib gələcək. Çünki o həqiqətən də işləyir”

Naqislik haqqında:

"Gələn dəfə əgər kimsə sizin səhv etməniz barədə şikayətlənsə həmin şəxsə bunun bəlkədə yaxşıya doğru olduğunu söyləyin. Çünki naqisliksiz bu dünyada həm o həmdə siz var olmazdız”

Öz IQ səviyyəsi haqqında:

"Bu barədə heç bir fikrim yoxdur. Öz IQ səviyyələrindən narahat olan insanlar axmaqdırlar”

Qadınlar haqqında:

"Onlar bizim üçün sirr olaraq qalırlar”

Öz övladlarına verdiyi məsləhətlər haqqında:

"Birincisi:öz ayağınızın altına baxmaq əvəzinə bəzən ulduzlara baxmağı unutmayın. İkincisi: heç vaxt başlatdığınız işi yarıda qoymayın. İş sizə məqsəd və məna verir. Onsuz həyat boş olardı. Üçüncüsü: əgər bəxtiniz gətirsə və öz sevginizi tapsanız yadda saxlamalısınız ki, siz onu həqiqətən də tapmısınız”.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×