Stiven Hokinq-dən yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq

Stiven Hokinq-dən yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Məşhur britaniyalı fizik Stiven Hokinq bir daha yadplanetli şüurun insan sivilizasiyasına göstərdiyi təhlükə barəsində xəbərdarlıq edib.

Bu yaxınlarda işıq üzü görmüş sənədli filmdə Stiven Hokinq rəhbəri olduğu "Breakthrough Listen” layihəsi barəsində danışıb. Fizik Günəşdən 16 işıqili uzaqlığında yerləşən Gliese 832 c planetində virtual səyahətə çıxıb. Həmin planetin kütləsinin Yer kürəsindən 5.4 dəfə böyük olmasına baxmayaraq Gliese 832 c bir çox xüsusiyyətlərinə görə bizim planetimizə bənzəyir. Hətta Gliese 832 c-ə Earth 0.81 indeksini də veriblər. Bu göstərici elmə məlum olan bütün ekzoplanetlər arasında ən yüksəyidir.

Gliese 832 c-nin Yer kürəsi ilə oxşarlığına baxmayaraq Stiven Hokinq düşünür ki, ekzoplanetdə şüurlu həyat forması yoxdur. "Technote.az”ın "Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən alim qeyd edib ki, yadplanetlilərin həmin planetdə olduqları ehtimalı olsaydı onlar, özlərinin varolmaları haqqında çoxdan xəbər verərdilər. Lakin buna baxmayaraq alim Gliese 832 c-ə bənzər digər planetlərdə yadplanetli sivilizasiyaların olma ehtimalını yüksək qiymətləndirir. Hokinq həmçinin xəbərdarlıq edir ki, insanlıq həmin planetlərdən birindən siqnal əldə etsə onda çox ehtiyyatlı olmaq lazımdır. Alimin fikrincə yüksək inkişaf etmiş yadplanetli irq ilə görüş insanlar üçün çox təhlükəli fəsadlar yarada bilər.


Belə ki, insanları avropalı müstəmləkəçilərin yerli amerikalıları məhv etmə taleyi gözləyə bilər. Hokinq həmdə düşünür ki, bütün olan risklərə baxmayaraq insanlar özləri yadplanetliləri aşkar etməlidirlər. "Breakthrough Listen” layihəsi də məhz bunun üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu layihəni Stiven Hokinq rusiyalı sahibkar Yuriy Milner ilə birlikdə 2015-ci ildə elan etmişdilər. Güman olunur ki, bu layihə rusiyalı sahibkara 100 milyon dollara başa gələcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×