main-post-cover

    Stress beyninizi kiçildir! Zərəri azaltmaq üçün əməl etməli olduğunuz 7 məqam

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Hamımız stress altında yaşamağın və işləməyin psixolojik və fiziki zərərlərə səbəb olduğunu bilirik. Bəs nə üçün stressdən xilas olmaq üçün hərəkətə keçməkdə çətinlik çəkirik? Həyatımızı qaydasına salmaq bizim əlimizdəykən niyə bunu etmirik?

    Yale Universitetindən tədqiqatçılar niyə hərəkət edə bilmədiyimizə dair bir cavab tapıblar. Tədqiqatlara görə stress, beynin "özünə hakim olmaq” bölgəsini kiçildir. Yəni stress keçirdikdə iradəmizə hakim olmaq bacarığımız sözün əsl mənasıyla azalır.
    Bu zərəri böyük ölçülərə çatmazdan əvvəl azaltmaq bizim əlimizdədir. Aşağıdakı maddələri tətbiq etməyə başlasanız zərəri azalda bilərsiniz.

    1) Yox deməyi öyrənin.

    San Fransisco Universiteti tədqiqatçılarına görə "yox” deməkdə çətinlik çəkən şəxslər stress və hətta depressiya yaşayan şəxslərdir. Yəni stress altında yox demək iradəmizi itiririk. Yox sözü, istifadə etməkdən qorxmamalı olduğumuz güclü bir sözdür. "Əmin deyiləm, dəqiq bilmirəm” kimi politik cümlələr qurmaq özünüzə olan inamınızı da zədələyər. Əgər cavab həqiqətən "yox”dursa, "yox” deməyi bilin.

    2) Əlaqəni kəsməyi bilin

    Texnologiya inkişaf etdikcə 24 saat bir-birimizlə və dünyayla bağlı hala gəlmiş olduq. Əgər iş mailləri size stressə salırsa iş xaricində bildirişləri bağlayın və iş maillərinizə baxmayın. Maillərinizi sadəcə müəyyən gün və saatlarda yoxlamaq belə stress ölçünüzü böyük dərəcədə aşağı salar.

    3) Neqativ insanları bacardığınız qədər uzağınızda saxlayın

    Çətin insanlarla mübarizə aparmaq olduqca çətin və stressli bir işdir. Bu səbəbdən enerjinizi tükədən neqativ insanlardan ola bildiyiniz qədər uzaqda durun. Əgər belə biri ilə görüşmək məcburiyyətindəsinizsə ona həyat enerjinizi tükədən biri olduğu düşüncəsini ağlınızdan çıxarmadan yaxınlaşın və gözləntilərinizi sıfıra endirin.

    4) Kin tutmayın

    Kin tutmaq, sizə stressdən başqa bir hiss qazandırmayacaq. Kin tutmaq, sizi sadəcə savaşa hazır vəziyyətdə dimdik ayaqda tutar lakin əslində belə bir şeyə ehtiyacınız yoxdur. Əgər buna davam etsəniz bu vəziyyət stressə səbəb olar və bədəninizə çox ciddi zərərlər verə bilər. Stress, qəlb və damar xəstəliklərinin böyük səbəblərindən biridir və kin tutmaq çox böyük bir stress səbəbidir. Emosional baxımdan ağıllı şəxslər bu səbəbdən kim tutmazlar. Kin tutmağı bir kənara atsanız yaşayacağınız rahatlığın izahı belə ola bilməz.

    5) Diqqətinizi toplayın

    Diqqətli olmaq sizi fərqli mövzular arasında keçidlərdən xilas edər. Yəni fokuslana bilməyinizə şərait yaradar. Bir mövzuda fokuslanmağı bacardığınız zaman geri qalan şeyləri kənara qoyduğunuz üçün stressə girməmiş olarsınız. Bu səbəbdən diqqətinizi toplamaq üçün meditasiya etməlisiniz. Bunu öyrəndikdən sonra meditasiya sırasında olmasa belə daha diqqətli və ruhi olaraq daha sakin olduğunuzu görə biləcəksiniz.

    6) Hadisələrə fərqli bir baxış bucağından baxmağı öyrənin

    Narahatlığımızın çox böyük bir hissəsinin yersin olduğunu bilirik. Bunun əsas səbəbi hadisələri anlamaq formamızdır. Adətən mənfi, tərs bir anlayışa sahib oluruq. "Hər şey səhv gedir”, "heç bir işə yaramaz” kimi düşüncələrdən əvvəl hadisələrə fərqli bir baxış bucağından baxmağı yoxlamalısınız. Əgər həqiqətən də səhv gedən bir şeylər varsa onları bu baxış bucağından təyin edib daha rahat formada irəliləyə bilərsiniz. Yəni fərqli baxış bucağı sizə hadisələrə fərqli bir formada yaxınlaşma imkanı verir. Hadisənin özündən çox nəticəyə fokuslanaraq hərəkət edərək də bu problemi həll edə bilərsiniz.

    7) Dəstək sisteminizi istifadə edin

    Hər şeyi öz başınıza həll edə bilmərsiniz. Belə hallar üçün ən uğurlu metod, zəifliklərinizin fərqində olmağınız və lazımi hallarda kömək almağınızdır. Hərkəsin həyatında çətin anlarında danışa biləcəyi, dəstək tələb edə biləcəyi biriləri var. Sizin həyatınızdakı bu şəxsi tapmağınız ilk addım ola bilər. Bu şəxsi tapın və çətin vəziyyətlərdə ona ehtiyacınız olduğunu paylaşın. Narahatlığınızı və niyə stressli olduğunuzu bildirin. O insan sizi şərhləri ilə fərqli bir baxış bucağına yönləndirəcək.
    Kömək istəmək bir zəiflik deyil. Əksinə qayğılarınızı yüngülləşdirəcək və güvəndiyiniz şəxslə münasibətinizi gücləndirəcək bir üsuldur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər