Su və sabunla yuyula bilinən smartfon!

08.05.2017 0 PAYLAŞIM 5513 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Kyocera, yeni nəsil Android əsaslı yuyula bilən ağıllı telefonunu təqdim etməyə hazırlaşır.

Kyocera, ilk yuyula bilən Rafre ağıllı telefon modelini 2015-ci ilin Dekabr ayında bazara çıxaraq dünyada bir ilki reallaşdırmışdı. İndi isə şirkət, yeni nəsil Kyocera Rafre KYV40 modeli ilə geri qayıdır.

Tərtəmiz smartfon Kyocera Rafre KYV40

Suya və sabuna qarşı dözümlü olan ağıllı telefon Kyocera Rafre KYV40, suyun altında ikən belə istifadə edilə bilinir. Yəni ağıllı telefonu yuyarkən belə istifadə edə bilərsiniz. Həm də bu vəziyyətə sensor ekran da daxildir. Cihazın sahib olduğu sertifikasiyalar isə IPX5, IPX8 və IP5X-dir.

İsti suya qarşı dözümlü olan smartfonun bir maraqlı xüsusiyyəti də əvvəlcədən yüklənmiş olaraq gələn yemək hazırlama tətbiqidir. Bu tətbiq əl hərəkətləri ilə idarə edilə bilinir və yemək hazırlayarkən ekrana toxunmadan yeməklərin reseptləri və videoları ilə tanış ola bilərsiniz.


Maraqlı xüsusiyyətlərini bir kənara qoyub texniki xüsusiyyətlərinə baxdığımızda, orta səviyyə bir ağıllı telefon görürük. 5 inç 720p HD ekran, 2 GB RAM, microSD kart ilə 200 GB-a qədər artırıla bilən 16 GB daxili yaddaş sahəsi, 13 Megapixel ön kamera, 3000 mAh batareya cihazın xüsusiyyətləri arasındadır.

Android 7.0 Nougat ilə gələcək ağıllı telefonun prosessoru haqqında hələki bir məlumat verilməyib.

Yeni nəsil Kyocera Rafre smartfonları Mart 2017 tarixində Çəhrayı, Ağ və Açıq mavi rəng seçimləri ilə sadəcə Yaponiyada satışa çıxarılacaq. Smartfonun digər ölkələrdə satışa çıxarılıb-çıxarılmayacağı və qiyməti bilinmir.