main-post-cover

    "Suicide Squad" filminin ilk traileri yayımlandı.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Comic-con 2015 tədbirində Warner Bros. şirkəti "Suicide Squad" filminin ilk trailerini təqdim edib. David Ayer-in rejissorluq etdiyi filmin süjet xətdinə əsasən hökumət mənfi personajlardan ibarət olan komandanı təhlükəli tapşırığa göndərəcək. Beləcə onlar öz günahlarını yumaq şansını əldə edəcəklər. Lakin məsələ bundadır ki, onların hamısı həmin missiyada həlak ola bilərlər. Premyerası gələn il baş tutacaq filmdə izləyicilər Deadshot, Joker, Harley Quinn, Boomerang, Enchantress, Killer Croc, Katana, Rick Flag, El Diablo, Slipknot, Amanda Waller kimi mənfi personajları görəcəklər. "Suicide Squad" filmində baş rolları Will Smith, Jared Leto, Margot Robbie, Jai Courtney, Cara Delevingne və digərləri canlandırıblar. 

    Linki kopyala