main-post-cover

    "Suicide Squad" filminin videosu baxış sayına görə birinci yerdə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    DC Comics şirkətinin komiksləri əsasında çəkilmiş "Suicide Squad" filminin təqdim olunmuş ilk videosu 1 həftə ərzində yığılan baxış sayına görə birinci yeri tutub. Bu məlumatı YouTube-un videolarının baxış nəticələrinin monitorinqi ilə məşqul olan Zerf şirkəti bildirib. "Suicide Squad" filminin videosu 50.9 milyon baxış sayı ilə birinci yeri tutub. Vaxtı ilə bu cür nəticəni "Avengers: Age of Ultron", "Jurassic World" və "Star Wars Episode VII: The Force Awakens" (58 milyon baxış sayı) kimi filmlər göstəriblər. İkinci yerdə 19.8 milyon baxış sayı ilə "Batman v Superman: Dawn of Justice" filmi olub. Üçüncü yerdə isə 11.9 milyon baxış sayı ilə "The Revenant" filmi qərarlaşıb. Qeyd edək ki, Warner Bros. studiyası "Suicide Squad" filminin videosunu yalnız Comic-con 2015 sərgisində təqdim etməyi planlaşdırırdı. Lakin videonun pis keyfiyyətdə internetdə yayılmasından sonra studiya yaxşı keyfiyyətdə olan videonu hamıya təqdim etməyə qərar verdi.
    Linki kopyala