Sumaks yeni məhsulu "Avtomaks" cihazını təqdim etdi.

Sumaks yeni məhsulu "Avtomaks" cihazını təqdim etdi.

Texnologiya
08.05.2017 PAYLAŞIM

 
 
 
Barama İnnovasiya və Sahibkarlıq mərkəzində baş tutan təqdimat mərasimində Sumaks şirkətinin istehsalı olan yeni cihaz "Avtomaks" təqdim olundu.

Tədbirdə, BTB Bank, Paşa Bank, İnformasiya Texnologiyalarının İnkişaf Fondu, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin Peyk Zavodunun nümayədələri eyni zamanda Azercell şirkətinin Strateji Partnyorluq və Müştəri kanalları departamentinin Rəhbəri İmran Bağırov və bir sıra media nümayəndələri iştirak edib.


 
 
Sumaks və gənclərin bu layihəni ərsəyə gətirməsində böyük güc və əmək sərf etdikləri haqqında məlumat verən İmran Bağırov təqdimat mərasimini açıq elan edib.


 
 
Daha sonra kürsüyə dəvət olunan Sumaks şirkətinin İcraçı Direktoru Cavid Məmmədov yeni təqdim olunan cihazı elan edib. Cihaz və şirkət haqqında geniş informasiya ilə yanaşı şirkətin gələcək planları və layihə barədə tədbir iştirakçılarına məlumat verən Cavid Məmmədov qısa zaman ərzində xarici bazara çıxmaq planlarının olduğunu xüsusilə qeyd edib.


 
 
Bank BTB nümayəndəsi Aynur Nurəliyeva çıxışında Sumaks və onlara verilən dəstək barədə danışıb. Eyni zamanda Aynur xanım xüsusilə Sumaks və Sumaks kimi yerli istehsal ənənələrini formalaşdıracaq layihələrə dəstək ola biləcəklərini vurğulayıb. 
Qeyd edək ki, İnformasiya Texnologiyaları İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində Bank BTB Sumaks layihəsinə dəstək olub.

İqtisadçı ekspert Rəşad Həsənov isə çıxışında ölkədə baş verən mövcud iqtisadi çətinliklər şəraitində Avtomaksın Azərbaycan bazarı üçün çox vacib olduğunu vurğuladı. Bankları da bu tipli layihələrə dəstəyə çağıran ekspert daxili istehsalın önəmi haqqında danışdı.
Tədbirin gedişində Avtomaks cihazının texniki parametrləri və istifadə imkanları barədə danışan Cahangir Şəbiyev istifadəçi paneli, sayt, tətbiq və cihazın istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirin sonunda isə jurnalistlərə və iştirakçılara maraqlı olan suallar cavablandırıldı.


 
Avomaks haqqında məlumat.
Ölkədə istər yük və sərnişin daşımasının, istərsə də minik avtomobillərinin artımı bazara öz təsirini aşkar şəkildə göstərir. Bir daha vurğulamaq yerinə düşər ki, təhlükəsizlik bütün dövrlərdə olduğu kimi indi də ön plandadır. Elm və texnologiyanın bu şəkildə inkişaf etdiyi bir zamanda təhlükəsizliyi təmin etmək daha da asanlaşıb. Bu texnologiya həmçinin insanların rahatlığını da təmin edir. Beləliklə, az enerji və vaxt sərf etməklə avtomobiliniz barəsində hər an məlumatlı ola biləcəksiniz. Əlavə olaraq, korporativlər hər zaman avtomobillərinin izlənməsini və onlar haqqında hər zaman məlumatlı olmağı ön planda tutmuşlar. Bütün bunlar Avtomaks cihazı vasitəsilə reallaşır.


 
 
Avtomaks cihazının əsas üstünlüyü məhz avtomobilin təhlükəsizliyinin təmin olunmasıdır. Avtomobilinizi evakuator apararsa dərhal sizin mobil telefona bildiriş gələcək və siz əgər yaxınlıqdasınızsa dərhal cərimənizi ödəyib maşınınızın aparılmasının qarşısın ala bilərsiniz. Bundan əlavə maşınınıza kənar şəxslər tərəfindən müdaxilə olub, oğurlandığı halda bu haqda mobil telefonunuza mesaj gəlir və siz dərhal bundan xəbər tutmuş olursunuz. Bu cihazın korperativ səviyyədə üstünlüklərin sadalamaqla bitmir. Şirkətinizə məxsus olan avtomobilləri Avtomaks vasitəsilə nəzarətdə saxlamaq və mütamadi olaraq maşınların vəziyyəti barədə məlumat əldə etmək mümkündür. Layihənin rəhbəri Cavid Məmmədov verdiyi açıqlamada bu cihazların tezliklə fərdi istifadə üçün də satışa çıxarılacağın qeyd edib. Bir daha qeyd edək ki, sözü gedən cihaz təmamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan yerli məhsuldur.



 




DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×