Süni zəka, 27 il bundan öncə itmiş uşağı tapdı

Süni zəka, 27 il bundan öncə itmiş uşağı tapdı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Üz tanıma texnologiyasından istifadə edən "Baidu” şirkəti, 33 yaşlı Çin sakininə öz ailəsini tapmaqda kömək edib.

Alqoritm, üz cizgilərini 99% dəqiqliklə qarşılaşdırır və itmiş uşaqların tapılması məsələsində yeni həll üsulu təklif edir. 1990-cu ildə 6 yaşlı Fu Gui, məktəbdən evə qayıtmalı idi. Lakin onu oğurlamışdılar. Öz uşaqlıq illərini Gui, yad ailədə keçirtmiş və öz adı ilə doğulduğu yeri xatırlamamışdı. 2009-cu ildə o öz uşaqlıq fotosunu Baobeihuijia adlı saytda paylaşmışdı. Bu sayt xeyriyyəçilik ilə məşğul olan təşkilat tərəfindən yaradılıb və əsas məqsədi, vaxtı ikən itmiş uşaqların öz ailələrini tapmaqdır. Bu ilin Yanvar ayında isə Gui-nin digər bir uşaqlıq fotosunu onun əsl atası Fu Guanfa paylaşmışdı. Hər iki fotonun çəkildikləri zaman intervalları fərqli idi. Fu Gui-nin paylaşdığı fotoda onun 10 yaşı, atasının paylaşdığı fotoda isə 4 yaşı var idi. Yaş fərqinin olmasına baxmayaraq "Baidu”nun üz tanıma texnologiyası, uyğunluğu qarşılaşdırıb. Şirkət tərəfindən hazırlanmış alqoritm, itmiş və ya oğurlanmış bütün uşaqların fotolarını saytda olan fotolarla qarşılaşdırır. Fu Gui, "Baidu”dan fotoya və təsvirə uyğun variantları əldə edib. DNT testi isə onun bioloji valideynlərinin kimlərin olduğunu dəqiqliklə təsdiqləyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×