main-post-cover

    Süni zəka artıq arzulamağı da öyrəndi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” tərəfindən yaradılmış DeepMind adlı süni zəkaya arzulamağı öyrədiblər.

    Bununla yanaşı sözügedən xüsusiyyətlə birlikdə süni zəkanın işi də sürətlənib. Yeni sistem Unsupervised Reinforcement and Auxiliary Learning Agent (qısası Unreal) adını alıb. O, DeepMind əsasında qurulub və ona arzu etmək xüsusiyyətini imitasiya edən alqoritm əlavə olunub. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən sistemə Labirynth oyununu oynamaq təklif olunub. Qeyd etmək lazımdır ki, bu cür sistemlərdə sözügedən oyun standart test kimi tətbiq olunur. Unreal oyunu digər sistemlərdən fərqli olaraq 10 dəfə daha tez keçib. Daha sonra sistem "Atari” şirkətinin 57 keçmiş oyununu da oynayıb və eynilə yüksək nəticələr sərgiləyib. Beləliklə Unreal-ın arzulamaq sistemi oyunları insanlardan 880% daha yaxşı oynayıb. Belə ki, oyun zamanı Unreal arzu edirdi. Yəni sistem daha əvvəlki cəhdləri analiz edərək oyunda xal toplayan anlara daha çox diqqət ayırırdı. Bu üsul ilə insanlar da arzu edirlər. Belə ki, onlar pozitiv və neqativ halları analiz edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər