
Süni zəka əslində nədir? Elon Musk ilə Mark Zuckerberg-in bu barədə fərqli baxış nöqtələri
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İT sahədə süni zəkanın tam olaraq nə olduğu sualına dəqiq
bir cavab yoxdur. Bu barədə həmçinin Elon Musk ilə Mark Zuckerberg belə, ortaq
fikirə gələ bilmirlər. Elon Musk-a, Zuckerberg-in ağıllı evi idarə edə bilən Jarvisadlı süni zəkası barəsində sual verəndə o ona etinasızlıqla yanaşmışdı. "Mən, məişət
funksiyalarının avtomatlaşdırılmasını süni zəka adlandırmazdım. Bu halda
otaqdakı işığı yandıran və ya temperaturu lazımi dərəcədə təmin edən, süni zəka
deyil” – deyə Elon Musk bildirmişdi. Musk bu deyimi ilə onu nəzərdə tutmuşdu
ki, Zukerberg-in əmrini eşidən, anlayan və yerinə yetirən ümumi bir süni zəka
deyil. Əslində isə onun səsi, nitq tanıma alqoritmi tərəfindən təkmilləşdirilərək
mətnə çevrilir. Daha sonra digər alqoritm həmin mətni oxuyur və əmrin məğzini
başa düşərək kodun digər elementini işə salır və müəyyən əmr yerinə yetirilir.
Həmin prosesi Siri, Cortana, Google Assistant və digər səsli kpməkçilərə aid
etmək olar. Onlar sorğunun məğzini öyrənib ya əvvəlcədən hazır olan mətni oxuyur
və ya sualın cavabını Wikipedia-da axtarırlar. Bu maraqlı texnologiyadır. Lakin
tapşırıqları özü öyrənib onları aradan qaldıran tam süni zəka deyil. 2016-cı ildəki
tədqiqatlarda "Nvidia” şirkəti, sürücüsüz avtomobillər üçün ümumi neyron şəbəkəsini
belə təsəvvür edib. Ümumi neyron şəbəkə, təqdim olunmuş videolar sayəsində
avtomobillərin davranışlarını öncədən bilməyi öyrənir və daha sonra avtomobili
özü idarə etməyə başlayır. Elon Musk-ın anlayışında bu özəllik, süni zəkaya daha
yaxındır.
Digər tərəfdən isə Mark Zukerberg üçün süni zəka, geniş
termindir. Onun üçün sözügedən sistem, əmrləri anlayıb müəyyən tapşırığı yerinə
yetirmək deməkdir. Bu cür anlayış faktoru mütəxəssis olmayanlara aiddir. Belə
ki, o anlaşıqlı və aydındır. Mark Zuckerberg-in fikrincə Jarvis, süni zəkanın
müəyyən bir formasıdır. O, insan nitqini anlayır və onun tapşırığını yerinə
yetirir. Lakin Mark Zukerberg-in bu sistemi necə anlamasından asılı olmayaraq həm
o, həmdə Elon Musk, süni zəkanın vacib texnologiya olduğunu hesab edirlər. Belə
ki, onların ikisi də "OpenAI” və "FAIR” kimi tədqiqat təşkilatlarına külli
miqdarda yatırımlar edirlər. Beləliklə onların ikisi də bu işdən mənfəət götürməyi
planlaşdırır. Zuckerberg bunu öz sosial şəbəkəsi vasitəsilə, Musk isə sürücüsüz
avtomobillər vasitəsilə etməyi planlaşdırır.
Linki kopyala
Həftənin xəbərləri

