main-post-cover

    "SUP" 20-dən artıq investorun iştirakı ilə keçiriləcək sayca ikinci Demo Day-in tarixini elan etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Təxminən 3 ay əvvəl sizlərə "SUP, mərkəzinin sayca 2-ci akselerasiya dövründə iştirak edəcək startupları elan etmişdik. 20-dən artıq startapın içərisindən "SUP”, Azərbaycan startup ekosistemi üçün ümid vəd edən 3 startupı akselerasiya proqramına daxil etmişdi və artıq 3 aylıq akselerasiya mərhələsinin yekununda "SUP”un sayca 2-ci Demo Day-i keçiriləcək. 26 Noyabr tarixində keçiriləcək Demo Day-in əsas hədəfi startupların öz məhsul və ya xidmətlərini nümayiş etdirmələri və mümkün/potensial investisiya mənbələri ilə əlaqələrinin təmin edilməsidir.
    Demo Day-də ümumilikdə 8 startupın təqdimatı keçiriləcəkdir ki, bunlardan 3-ü (Moror, Kvotter, Reasy) "SUP” akselerasiya proqramının iştirakçılarıdırlar və digər 5 startup isə (Cyclee, DevHQ , Sagabat , YayFon , BGBaku) əlavə olaraq dəvət almış startuplardır. 20-dən artıq yerli və beynəlxalq İnvestorların iştirakı ilə baş tutacaq Demo Day-da Layihələrini nümayiş etdiriləcək Startupçılar və dəvət olunmuş İnvestorlar arasında mümkün investisiyalar barədə müzakirələr də aparılacaqdır.
    Əgər siz də qonaq qismində bu tədbirdə iştirak etmək istəyirsinizsə "SUP” Akselerasiya mərkəzinin Facebook səhifəsində yaradılan Demo Day eventinə nəzər yetirə bilərsiniz.
    Tədbirin rəsmi informasiya dəstəyi: www.technote.az
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər