"SUP" akselerasiya mərkəzinin ilk "demoday"i yekunlaşdı. Hansı layihələr təqdim olundu?

"SUP" akselerasiya mərkəzinin ilk "demoday"i yekunlaşdı. Hansı layihələr təqdim olundu?

Digər
08.05.2017 PAYLAŞIM

Çoxdandır gözlənilən, "SUP" akselerasiya mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "SUP DEMO DAY" tədbiri az əvvəl başa çatdı.

 
10 yerli startapın iştirakı ilə təşkil olunan bu demoday\'də startap sahibləri öz layihələrini investorlar qarşısına çıxardı. 10 startupdan 4-ü "SUP" akselerasiya proqramının iştirakçısı olaraq demoday\'ə qoşulmuşdu. Digər 5 startup isə Azərbaycanda mövcud olan və innovativliyi ilə seçilən layihələr idi.

Demoday\'in birici hissəsində "SUP" akselerasiya proqramında olan 4 startup Flapus, Shrippy, LendockAlkredit layihələri onlara ayrılan 15 (6 dəqiqə təqdimat, 8 dəqiqə sual-cavab və 1 dəqiqə sazlama) dəqiqəni maksimum dəyərləndirdilər. 30 dəqiqəlik kofe fasiləsindən sonra qonaq qismində dəvət olunan 5 layihə ( You Baku, Delivvero, Kvotter, Keepface, Spinal ) investorlar qarşısına çıxdı. Biri-birindən maraqlı təqdimatların olduğu demoday investorlar və layihə iştirakçıların qatıldığı nahar ilə yekunlaşdı.



Demoday\'in əsas məqsədi Bakıda olan məşhur startupları bir araya gətirmək, toxum yatırımı üçün investorları bu tədbirə cəlb etmək və ekosistemin nümayəndələri arasında əlaqələr yaratmaqdan ibarətdir.

20-yə yaxın yerli və xarici investorun iştirak etdiyi bu tədbirin nəticələri hamı tərəfindən maraqla gözlənilir.


Tədbirin canlı yayım video yazısını izləmək üçün daxil olun.

Demoday\'dən ən maraqlı görüntülər:














DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×