main-post-cover

    "Super Mario Run" nəhayət ki, Android üçün gəldi (Yükləmə Linki)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İllərin əfsanəsi, uşaqlıq dostumuz və hamımızın sevimlisinə çevrilən bir oyun "Super Mario Run"ın geri döndüyü haqqında məlumatı sizinlə paylaşmışdıq. "Nintendo"nun yenidən lakin bu dəfə fərqli şəkildə bazara təqdim etdiyi oyun ilk olaraq "iOS" platformasına gələrək "App Store"da öz yerini almışdı.


    Bir neçə aydır Android platdormasına gələcəyi haqqında xəbərləri gedən oyun, nəhayət ki, sözügedən platforma üçün bugün təqdim edildi. Öz sevdiyini xilas etməyə çalışan qəhrəmanımızı bu dəfə daha uzun bir məcarə gözləyir. Oyunu buradan teledonunuza yükləyə bilərsiniz. Onu da qeyd edək ki, oyun bugün səhər saatlarından etibarən yüklənməyə açıq bir şəkildə ölkələr üzrə paylanmağa başladı. Azərbaycan üçün bir neçə saat gec gəlsə də, hal hazırda oyunu "Play Store"dan yükləmək mümkündür.
     
    Oyunu "Play Store"dan yükləyə bilməyən izləyicilərimiz üçün isə, oyunun "apk" faylını bölüşürük. Buradan "apk" faylını yükləyib, quraşdırmaqla "Super Mario Run"ı telefonunuzda oynaya bilərsiniz. Oyuna gəlincə isə, pulsuz yükləyib oynaya biləcəyiniz oyunun 9-cu bölümündən sonra sizdən 9.99$ ödəniş tələbi istənilir. "Andorid" platformasında olan bir oyun üçün olduqca bahalı olan bu məbləğ, yəqin ki, bu oyunun dəlicəsinə fanatı olan şəxslər tərəfindən ödəniləcək.
     
    Əlavə olaraq pul ödəməklə daha çox mərmi və bonuslar ala bilərsiniz. Eyni zamanda  "Luigi", "Yoshi" ve "Toadette" personajları idarə etmək mümkün olur.

    Linki kopyala