main-post-cover

    Super Mario Run oyunu Nintendo-ya qısa zamanda rekord məbləğdə pul qazandırdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nintendo, iOS üçün yayımladığı Super Mario Run oyunu sayəsində 24 saatda 5 milyon dollar qazandı.

    Qısa müddət əvvəl Super Mario Run oyununu yayımlayan Nintendo rekordunu yenilədi. iOS platforması üçün yayımlanan oyun 24 saat içində 2.85 milyon insan tərəfindən yüklənib. Bu haqda hesabat hazırlayan Sensor Tower şirkəti oyunun gəlir baxımından da rekord qırdığını bildirib. Qurumun paylaşdığı məlumata görə Nintendo, yenilənmiş Super Mario Run oyunu sayəsində 5 milyon dollar qazanıb. Bu isə Pokemon Go-dan sonra ikinci belə nəticədir.

    Oyunun qısa müddətdə bu qədər çox yüklənməsinin səbəbi onun nə qədər çox sevəninin olduğunu sübuta yetirir. Maraqlı tərəf isə bu oyunun gələcəyinin Pokemon Go kimi olub-olmayacağıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər