main-post-cover

    Surface Phone-nun texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə gün bundan öncə "Microsoft” CEO-su Satya Nadella bildirmişdi ki, şirkət smartfon bazarından gedən deyil.

    Bugün isə şirkətin yeni smartfonlarının texniki göstəriciləri sızdırıldı. Məlumata əsasən hal-hazırda şirkət minimum iki model Surface Phone üzərində çalışır. Onlardan biri 4 GB-lıq RAM, digəri isə 6 GB-lıq RAM ilə təchiz olunacaq. Hər iki smartfon Snapdraon 835 prosessoruna sahib olacaq. Şaiyələrə əsasən bu prosessor həmçinin Samsung Galaxy S8 smartfonunda da olacaq. "Technote.az”ın "Overclockers.ru”a istinadən verdiyi xəbərə əsasən hər iki Surface Phone modeli 5.5 inç ekranla təchiz olunacaq. Gözlənildiyi kimi şirkət gələn il Surface Phone-nun 3 modelini təqdim edəcək. Onların hər üçü də Windows Mobile 10 əməliyyat sistemi ilə çalışacaq. Əlavə ödənişlə smartfonlar üçün stilus və taxıla bilən klaviaturanı əldə etmək olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər