main-post-cover

    Suya düşən və batmaqda olan bir avtomobildən necə xilas ola bilərsiniz?

    07.05.2017
    Farid Pardashunas

    Avtomobil qəzaları, xüsusilə ölkəmizdə ciddi bir problemdir. Bir tərəfdən dənizlə əhatə olunmuş ölkəmiz, kifayət qədər zəngin çay və göl hövzələri ilə məşhurdur. Qəza halında avtomobilin suya düşmə ehtimalına qarşı sizləri məlumatlandırmaqda fayda görürük.

    Deyək ki, qəzaya düşən bir avtomobildəsiniz və avtomobil sürətlə suda batır. Bu avtomobildən necə çıxa bilərsiniz?

    Birinci addım: Avtomobil suya düşən kimi təhlükəsizlik kəmərinizi açın və avtomobil şüşəsini aşağı salın.


    İkinci addım: Avtomobil su ilə dolmazdan qabaq, mümkün olduğu qədər sürətli bir formada avtomobili boşaldın.


    Unutmayın! Bunu etmək üçün sadəcə bir dəqiqəniz var. Bu addımları tamamlamağınız, asanlıqla xilas olmaq üçün çox vacibdir. Bu səbəbdən qapını açaraq vaxt itirməyin.
    Mütəxəssislərin dediyinə görə, avtomobilinizin elektron sistemi, avtomobil şüşəsi tamamilə suya batdıqdan təxminən on dəqiqə sonra istifadəyə yararsız olur. Yəni, pəncərəni açmaq üçün zamanınız boldur.

    Avtomobilin şüşəsi açılmırsa, qırın.

    Qətiyyən ön şüşə ilə vaxt itirməyin. Ön şüşə, digər şüşələrə görə çox daha güclü və təhlükəsizdir. Bu səbəbdən qırması da çətindir.
    Şüşə qırmaq üçün internetdən uyğun qiymətə alətlər ala bilərsiniz. Əgər ala bilməsəniz, iti uclu və ağır əşyalar istifadə edin. Bu çəkic, açar, hündürdaban ayaqqabı ola bilər. Ən pis ehtimalla dirsəyinizi istifadə edə bilərsiniz. Hədəf alarkən şüşənin künclərini hədəf alın. Oralar daha asan qırılacaq.

    Avtomobildə uşaq varsa əvvəla uşağı avtomobildən çıxarın.

    Uşaqlarla səyahət edirsinizsə, mütəxəsisslər aşağıdakı sıranı izləməli olduğunuzu bildirir.
    Təhlükəsizlik kəmərinizi açın və pəncərəni aşağı salın.
    İlk olaraq böyük uşağınızın kəmərini açın və pəncərədən çıxardın.
    Daha sonra kiçik uşağınızın kəmərini açın və pəncərədən çıxardın.
    Statistikalar, bu sıralamada həyatda qalma nisbətini yüksək görürlər.

    Pəncərədən çıxa bilmirsinizsə, avtomobilin içinə su dolmasını gözləyin. Su dolduqdan sonra qapını açın və çıxın.


    Mübahisəli bir üsul olsa da, mütəxəssislər belə bir vəziyyətdə, təzyiq fərqinə görə ən yaxşı həll üsulunun bu olduğunu bildirirlər.
    Avtomobilin içindəki su dolarkən qapı qolunu tutun. Kifayət qədər su dolduqda dərin nəfəs alın, qapını açın və çıxın. Lazım olsa qapını açmaq üçün təpik də ata bilərsiniz.

    Sudan çıxmaq üçün su qabarcıqlarını izləyin.

    Avtomobil suya düşdüyü üçün suyun içi bulanıq olacaq. İstiqamətinizi tapmaya bilərsiniz. Bu səbəbdən, su qabarcıqlarını izləyin. Sizə hansı istiqamətdən çıxmalı olduğunuzu göstərəcəkdir.
    Bu faydalı məlumatları sevdiklərinizlə paylaşmağı da yaddan çıxarmayın. Başınıza heç vaxt belə bir hadisə gəlməməsi diləyi ilə..
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər