main-post-cover

    Swiftkey öz yeni klaviaturası Swiftmoji-ni təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir neçə müddət bundan öncə Microsoft tərəfindən alınmış Swiftkey şirkəti müqavilənin bağlanmasından sonra özünün ilk məhsulunu təqdim edib. Söhbət yeni ağıllı klaviatura Swiftmoji-dən gedir. Yeni klaviatura söz və cümlələri analiz edərək onlara uyğun emojilərin yerləşdirilməsini təmin edir. Swiftkey IOS və Android platformalarında aktivdir. Məsələn klaviaturada "viva la France” yazdıqda Swiftkey bir çox seçimlərdən əlavə Fransa bayrağını da təqdim edəcək. Hələki tətbiq ingilis dili ilə işləyir. Bundan əlavə olaraq Swiftmoji-nin funksiyaları onun işə salındığı platformalardan asılıdır. Belə ki, Android-də o standart klaviaturanı əvəz etdiyi halda Apple tərəfindən qoyulmuş məhdudiyyətlər səbəbindən yeni klaviatura yalnız emoji yerləşdirməyi bacarır. Swiftkey Android üçün ən yaxşı alternativ klaviatura yaratması ilə məşhurluq qazandı. Onun əsas özəlliyi istifadəçinin hansı sözü yazacağını sezə bilməsi və klaviaturaya daxil edilmiş sözlük vasitəsilə ən çox istifadə olunmuş sözləri ortaya çıxartmasıdır. Beləliklə istifadəçi sözlərin və cümlələrin sürətlə tərtib edilməsini reallaşdırır. Bundan əlavə olaraq Swiftkey o qədər ağıllıdır ki, istifadəçilərin sosial şəbəkə və mail ünvanlarındakı yazışmalara əsaslanaraq növbəti yazılacaq sözü tapa bilir. Tətbiq Facebook, Gmail, Twitter mətnləri, RSS kanallar və SMS-lərin köməkliyi ilə özü-özünü inkişaf etdirir. Təbii ki, təhlükəsizlik məsələlərinə görə bu məlumatlara girişi məhdudlaşdırmaq olar. Bu ilin fevral ayında Microsoft Swiftkey-i 4 milyard dollara almışdır.
    Alma Store-da tələbələr üçün ənənəvi aksiya
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər