main-post-cover

    “Symantec” iki dəfə məhkəməlik olmuş və cəza almış bir şirkəti satın aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Müştərilərini aldatdığı iddiası ilə ABŞ-da iki dəfə cəza alan və 112 Milyon dollar cəza ödəyən şirkəti "Symantec” satın aldı. Bəs bu şirkət hansıdır və "Symantec” nə qədər ödədi?

    Rəqəmsal kimlik təhlükəsizliyi sahəsində xidmət göstərən "LifeLock” şirkəti, məşhur rəqəmsal təhlükəsizlik şirkəti "Symantec” tərəfindən satın alındı.
    "Symantec”in elan etdiyi satınalmanın qarşılığı isə 2.3 milyard dollardır. "LifeLock”, kredit kartı oğurluqları və ya hesab oğurluqlarına qarşı müştərilərinə rəqəmsal kimlik təhlükəsizliyi xidmətləri təklif edir və çox məşhur bir xidmətdir.
    Ancaq bunlara baxmayaraq, reklamlarında müştərilərinə əslində əməl edə bilməyəcəyi sözlər verərək insanları aldatdığı iddiası ilə ABŞ-da FCC tərəfindən iki dəfə cəzalandırılmış "LifeLock”, bu cəzalar üçün ümumi 112 milyon dollar ödəmişdi.
    "Symantec”in qanadları altına girdikdən sonra "LifeLock”un daha "ciddi” idarə ediləcəyi, yalan reklamlar etməyəcəyi düşünülür.
    "Symantec”, "LifeLock”un xidmətlərini tərkibinə qataraq, rəqəmsal dünyada çox daha geniş bir xidmət təqdim edəcəyinin işarəsini verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər