Əminəmki oxuyucularımızın böyük bir qismi musiqi servisi olan Spotify haqqında eşidib. Rahat interfeys, milyonlarla seçim və bütün yeniliklər. Lakin Spotify-ın çox böyük 2 mənfi cəhəti var - pullu olması və yalnız müəyyən ölkələrdə aktiv olması. Buna görə sizi bu mənfi cəhətləri olmayan bir servis ilə - Syotify ilə tanış etmək istəyirik.
Syotify - yeni "Spotify" və "Youtube"-u özündə birləşdiyən musiqi servisidir. Spotify-ın dizaynını, Youtube-un isə sonsuz musiqi bazasını mənimsəyib.
Saytı ilk açdıqda sizə musiqi dünyasının yenilikləri ilə tanış olacaqsınız. Sol tərəfdəki menyu ilə siz məhşur janrlar, TOP-50 musiqi və s. ilə tanış ola bilərsiniz.

Syotify - servisindən tamamilə pulsuz və qeydiyyatsız istifadə etmək olar. Lakin qeydiyyata bir neçə dəqiqə sərf etsəz siz şəxsi playlistlərə və seçilmişlər listinə sahib olacaqsınız.