

Luks saat istehsalçısı Tag Heuer’in Connected adlı son ağıllı saatı o qədər çox satılır ki, artıq bazardakı tələbi qarşılamır. Daha çox saat istehsal etmək çətinlik yaradıb.

Keçən ay TAG Heuer tərəfindən tanıdılan Google və Intel ortaqlığı ilə hazırlanan TAG Heuer Connected bazarda həddindən artıq maraq və tələblə qarşılanıb. Bazarda ən böyük ağıllı saat satış rəqəminə çatmaq istəyən TAG həftəlik saat istehsalını 1200-dən 2000-ə çıxarıb.
Bloomberg məlumatlarına görə, Connected, satış firmaları ve mağazalardan 100 mindən çox sifariş alıb. Apple ağıllı saat rəqəmləri ilə müqayisə etdikdə çox da yüksək olmayan bu rəqəm əslində bazarda Apple’ın Apple Watchile ağıllı saatının tək olmadığını göstərir.
TAG Heuer Connected Texniki Xüsusiyyətləri
Android Wear, 1.5 inç LTPS LCD ekran, Intel Atom Z34xx prosessor, 1 GB RAM və 4 GB yaddaşı olan TAG Heuer Connected ağıllı saatının qiyməti 1500 dollardır. Belə yüksək qiymətə rəğmən yenə də böyük tələb alan saatın daha yenilərini gələn il görə bilərik. TAG Heuer CEO’su Jean-Claude Biver, 2016-cı ilin sonu və ya 2017-ci ilin başlanğıcında yeni ağıllı saatı tanıda biləcəyini söyləyib.
Şərh yoxdur