main-post-cover

    Tanınmış avtomobil logoları haqda bilmədiyiniz maraqlı faktlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər zaman öz aktuallığı ilə diqqət çəkən avtomobil brendlərinin logoları haqda nə bilirik?
    Laborghini
    Məşhur İtalyan markası "Lamborghini” loqosunun təsviri, şirkətin sahibi Ferruccio Lamborghininin (Ferreksio Lombargini) buğalara olan heyranlığından irəli gəlir. 1962-ci ildə dostunun fermasını ziyarət edən FerruccioLamborghini, buğaların gücündən, dayanıqlığından ilhamlanaraq avtomobil markası üçün bu fiquru seçmişdi.

    Hyundai
    Cənubi Koreya şirkəti olan "Hyundai”nin logosunda bir-biri ilə əl görüşən iki şəxs yer alıb. Logonun mənasında isə "Alan razı, satan razı” məsajı verilir.

    Jaguar
    Bəlkədə bu avtomobil logosu artıq şərh tələb etmir. Çünki, logo özü markanın keyfiyyəti haqda yetərincə məlumat verir.
    Volkswagen
    Almanca mənasını araşdırdıqda, Volks(Xalq) və Wagen(Avtomobil) birləşmələrindən yaranması diqqəti cəlb edir. Logoda da hərflər iç-içə göstərilməklə öz əksini tapıb.

    Audi
    "Audi”nin logosu olimpiada halqalarına bənzəsədə, 4 şirkətin birliyini ifadə edir. Bu halqalar "Audi”, "DKW”, "Horch” və "Wanderer”i təmsil edirdi. Amma zamanla logodakı şirkətlər aradan qalxdıqca, logo bütövlükdə Audiyə məxsus oldu.

    Ferrari
    İtalyan brendləri arasında xüsusi yer olan "Ferrari” logosu, Enzo Ferrari tanış olduğu Kont Enrico Barraccanın savaş pilotu olan oğlunun təyyarəsinin simvoludur. Logoda yer alan İtalya bayrağı isə ölkəyə qurur verən ayrıca detail təmsil edir.

    BMW
    Tam mənası "Bayerische Motoren Werke” olan "BMW”nin logo təsvirinə diqqətlə baxsaz, təyyarənin pərlərini görmüş olacaqsınız. Bunun əsas səbəbi isə şirkətin ilk fəaliyyəti ilə bağlı idi. Beləki, ilk qurulduğu vaxtlar şirkət təyyarə motoru istehsal edirdi. Rənglər isə şirkətin adından da məlum olduğu kimi Bavyera əyalətini təmsil edir.

    Mercedes
    Hər zaman avtomobil həvəskarlarının sevib-seçdiyi əsas brendlərdən biridir. Logosundakı 3 guşəli olduz isə yeniliyi, inkişafı və gələcəyi təmsil edir. Həmçinin şirkətin hava, quru və dənizdə istifadə olunan nəqliyyat vasitələri içərisində ən yaxşı olduğunu bu logo ilə daha önə çəkir.

    Ford
    Çox sadə dizaynı ilə seçilən "Ford” logosunda mavi rəng üstünlük təşkil edir. Bu isə inam və rahatlığı simvolizə edir.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər