main-post-cover

    Tarixdə bu gün - 25 Oktyabr

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    25 Oktyabr 2001-ci il - Microsoft tarixdəki ən məhşur əməliyyat sistemini ictimaiyyətə təqdim edir. Windows XP istifadəçilər arasında qısa müddətdə ən sevilən əməliyyat sisteminə çevrilir. Microsoft 2014-cü ilə qədər bu ƏS-nı rəsmən dəstəkləyir. 2014-cü ilin 8 Aprelində Microsoft açıqlamasında artıq XP-dən daha müasir əməliyyat sistemlərinə keçməyi istifadəçilərə məsləhət görür və Windows 8-i tərifləyir. 

    Tarixdə bu gün - 25 Oktyabr
     
    Hazırlıq ərəfəsində XP-in adı Whistler idi. Final versiyada isə "Experience" (təcrübə) adı aldı. Sistem tamamilə yenilənmiş dizaynla təqdim olundu. Uzun müddət istifadəçilər XP-ni dəyişmək istəmirdilər. 2007-ci ilin statistikasına əsasən internetə çıxışı olan PC-lərin 76.1%-i Windows XP ilə işləyirdi. Hal hazırda isə istifadə sayına görə Windows 8 və 7-dən sonra üçüncü yerdədir.
     


    Linki kopyala