
Tarixdə bu gün - 26 Oktyabr
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
26 oktyabr 2012-ci ildə Microsoft Windows 8-in ilk versiyasını ictimaiyyətə təqdim etdi. Windows 7-yə öyrəşmiş istifadəçilər bu yenilənməni uzun müddət ertələdilər. Analoji hadisə Windows XP istifadəçilərinində başına gəlmişdi.
Bu ertələnmənin əsas səbəbi uzun müddət istifadəçilərin "dostu" olan Start düyməsinin kərpiçvari Metro interfeysi ilə əvəzlənməsi olmuşdu.

2014-cü ilin əvvəlində Windows 8-dən istifadəçilərin 13.4%-i istifadə edirdi. İstifadəçilər sistemi müxtəlif çətinliklərə, səhvlərə görə tənqid etməyə davam edirdilər.
Bütün neqativ rəyləri nəzərə alan Microsoft ƏS-ində bəzi dəyişikliklər edərək Windows 8.1-in təqdimatın keçirtdi. Lakin buda əsəbi istifadəçiləri sakitləşdirmədi. Çünki bu təqdimatda Microsoft rəsmən özünün qocaman əməliyyat sistemi olan XP-ni artıq dəstəkləmədiyini bildirdi.
Linki kopyala
Həftənin xəbərləri

