main-post-cover

    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Minlərlə hətta milyonlarla canlı növünün olduğu planetimizdə, müəyyən dövrlərdə bəzi insan növləri də yaşayıb. Çox dərin keçmişi olan insanlıq tarixində hansı insan növləri var idi ? (Qeyd: Bütün insan növlərinin adlarının başında Latın dilində insan mənasını verən homo sözü var)

    Homo Habilis
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    'Əl qabiliyyəti olan insan' mənasını verən Homo habilis, 1.8-2.5 milyon il əvvəl yaşamış bir insan növüdür. Görünüş etibarilə meymuna bənzəyən və dörd ayaq üstündə duran bu insan növünün o dövrdəki ən əhəmiyyətli xüsusiyyəti isə əlləri ilə əmək aləti  hazırlamaq və istifadə etmək bacarıqlarının olması idi.

    Homo Erectus
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Erectus, indiki vaxtda cinsi mövzulu 'ereksiya' kimi mənaları olan 'qalxmaq, dik durmaq' mənasını verir. Homo Habilis'lərdən fərqi isə artıq dörd ayaq üzərində deyil, iki ayaq üzərində dayanmalarıdlr. Yəni ayaqlarımız üzərində dura biliriksə Homo Erectus növündəki insanlara bir təşəkkür borcumuz var.

    Homo Rudolfensis
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Sönmüş hominid növlərindən olan Homo Rudolfensis'lərin varlığı, antropoloq Riçard Likey və zooloq Meave Likey tərəfindən 1972-ci ildə Keniyanın Koobi Fora bölgəsində təsbit edilmişdir. Valery Alekseyev isə bir kəllə qalığından yola çıxaraq bu növü ayrı bir növ olaraq təyin etmişdir.

    Homo Ergaster
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    'Çalışan İnsan' mənasını verən Homo Ergaster ilə insan növünün artıq əli iş tutmağa başladı. Yəni əvvəl dörd ayaq üzərində dayanan sonra yalnız iki ayağını istifadə edən insanlıq, Homo Ergaster ilə artıq fərqli alətlər istifadə etməyə başlamış oldu. Bütün bunlar 1.3 milyon il əvvəl baş verib.

    Homo Antecessor
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Latın dilində yerləşən, kəşf edən mənasını verən Antecessor insan növü, oturaq həyata keçməyə başladı. Daha əvvəldən əllərini istifadə etməyə başlayan insanlıq, sonra bu alətlərlə mağaralardan çıxaraq sığınacaqlar inşa etməyə və burada yaşamağa başladı. (1 milyon il əvvəl)

    Homo Heidelbergensis
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Heidelberg, Almaniyada bir şəhərdir. Bu insan növünə Heidelbergensis deyilməsinin səbəbi isə ilk qalıqlarının burada tapılmağıdır. Yavaş-yavaş Avropaya köç etməyə başlayan insanlar, artıq öz aralarında danışa bildikləri sadə quruluşda dillər meydana gətirməyə başladılar. İlk danışan insan növü olaraq Heidelbergensis'əri göstərsək səhv olmaz.

    Homo Neanderthalensis
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Neandertal da Almaniyada bir vadinin adı və eynilə Heidelbergensis'lər kimi bu növün də ilk qalıqlarına burada rast gəlinib. Müasir quruluşun ilk başlanğıcı olaraq qəbul edə biləcəyimiz Neanderthalensis'lərin DNT-si ilə müasir insanın DNT-si,% 99.5 nisbətində eynidir. Artıq özlərinə aid bir dil meydana gətirərək 'insan kimi' razılaşmağa başlayan bu insan növləri, ölülərini belə basdırmağa başlamışdı.

    Homo Sapiens
     
    Tarixdə yaşayan bütün insan növləri və adlarının mənası


    Sapiens, Latınc dilində ağıllı, bilikli mənasını verir. Hal-hazırdakı insan növü olan sapiensin, 100 min il əvvəldən günümüzə qalan tək insan növüdür, yəni bizik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər