main-post-cover

    Tarixdəki iPhone skandalları!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 2G ilə bağlı keçmişdə maraqlı 2 skandal var. Bunlardan birincisi, ilk İphone, yəni İphone 2G tanıdılarkən Steve Jobs’un cihazın içərisində Mac OS çalışdığını deməsiydi. Youtube üzərindən kiçik axtarış ilə bu videonu tapa bilərsiniz. Ancaq cihazın içində Mac OS ilə əlaqəsi olmayan bir əməliyyat sistemi vardı. İnsanlar isə düşünürdü ki, sahib olduqları MAC sistemi onların telefonunda da var. Digəri isə ilk İphone modelində App Store olmaması idi. Yəni, telefona ümumiyyətlə əlavə olaraq proqram yazmaq olmurdu. Apple tərəfində telefona nə yazılmışdısa, ancaq onları istifadə etmək olurdu. Daha sonra isə İOS güncəlləməsi ilə App Store əlavə olundu. iPhone 3G və iPhone 3Gs modellərində isə hər hansı problem olmadı.
     

     
    Ən böyük skandallardan biri də iPhone 4’də yaşandı. iPhone 4’ü əlinizdə tutduğunuz zaman cihazın dalğa antennası güc itirirdi. Yəni əlinizdə tutduğunuz zaman 3G dalğasının olmadığını, ancaq əlinizdə yerə qoyduğunuzda isə olduğunu düşünün. Bu durumu həll etmək üçün Apple iPhone 4 alanlara pulsuz kabro hədiyyə etməyə başladı. Daha sonra isə bəzi iOS güncəlləmələriylə bu problem qismən azaldıldı. Bu problem sosial mediada #antennagate olaraq paylaşılmışdı. Sonrasında gələn iPhone 4s modelində bu problemə rast gəlinmədi. 
     

    iPhone 5 ilə bağlı ən önəmli problemlərdən biri isə cihazın aliminium korpusunun çox asan şəkildə əzilməsi və deformasiyaya uğraması idi. Ən yüngül düşüşdə belə korpus cızılırdı. Telefon düşməsə belə rəngi çox tez gedirdi və təmiri mümkün olmurdu. Buna bənzər problem iPhone 5s modelində də görüldü. iPhone 5c’də ciddi problem olmadı. iPhone 5 modeli ilə birlikdə Apple öz xəritə proqramını da təqdim etmişdi. Amma bu xəritə tam hazır olmadığı üçün çox gülməli, eyni zamanda da insanları çətin duruma salırdı. Belə ki, körpülər yerin altından, yollar isə dağın ətrafından keçirmiş kimi görünürdü.
     
     
    Firmanın prestijini zədələyən ən böyük skandal isə iPhone 6 və iPhone 6 Plus modellərində yaşandı. Xüsusilə iPhone 6 Plus çox asan şəkildə bükülməsi ilə ad çıxardı. Sosial mediyada #bendgate olaraq paylaşılan bu durum aylarla gündəmdə qaldı. Apple bu problemdən dərs çıxardı. iPhone 6s və iPhone 6s Plus’da çox daha sağlam materialdan istifadə olundu. iPhone 6 və iPhone 6 Plus modelləri haqqında ən böyük şikayətlərdən biri də kamera oldu. Apple ilk dəfə çıxıntılı kamera istifadə etmişdi. Bu səbəbdən də cihaz masanın üzərində tam şəkildə dayanmırdı. Amma bükülmə problemi bunu kölgədə qoydu.
     
     
    iPhone 6s və iPhone 6s Plus ilə bağlı hələki hamının ortaq söylədiyi bir problem yoxdu. Ancaq bəzi təxminlərimiz var. iPhone 6s və iPhone 6s Plus’un batareya ömrü və qızmasıyla bağlı artıq şikayətlər gəlməyə başlanıb. Apple yeni modellərində daha kiçik həcmli batareya istifadə etdi. Bu da bir problem ola bilər. Şikayətlərin olduğu digər məsələ isə qızmadır. iPhone 6s’in iPhone 6’ya nisbətən daha çox qızdığı söylənilir.

    Linki kopyala