main-post-cover

    TechArt-dan 700 at güclü Porcshe Cayyene Magnum

    Digər
    07.05.2017
    Farid Pardashunas
    TechArt yenə başqa bir Porche ilə öz bacarıqlarını nümayiş etdirir. Bu dəfə yenilənmiş Cayyene-i tyuninq etməyi qərara alan şirkət Magnum seriyasına yaraşan bir kit hazırlayıb. Həmişəki kimi aerodinamikaya və yırtıcı görüntüyə önəm verən TechArt yeni yan güzgülər, 20 düym Magnum disklər və valehdedici qırmızı rənglə bu işin öhdəsindən layiqincə gəlib.
    Magnum-un 4.8 litr mühərrikə etdiyi əlavələr Cayyene Magnum-un 8 silindirli mühərrikinə 700 at gücü və 690 nm torque hasil edə bilmək bacarığı verir. 0-dan 100-ə sürətlənməsi 4.1 saniyə olan avtomobilin makismum sürəti 300 km/saat-a yaxındır. 


    TechArt bu dəfə dizel Cayyene istifadəçilərini də düşünüb. Bu səbəbdən Porsche-nin 3.0L dizel istifadəçiləridə öz Cayyene-lərinə bu kiti ala bilərlər. TechArt-ın tyuninq etdiyi dizel mühərrik artıq 230 yox 275 at gücündədir.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər