“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı (Kim yatmış, kim oyaq?)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi,
"Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman”
platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış
xarakterli "TechFall 2016 Hackathon” layihəsinə başlanılır.
Hachathon—proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr
hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir."Hackathon”daproqramçılar
müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər.
"Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən
"Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft”
kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.
"TechFall 2016 Hackathon” layihəsində də developerlər
36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər
heyətinə təqdim etməlidirlər. Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət
komanda şəkilində hər kəs iştirak edə bilər. Layihədə iştirak etmək istəyənlər
31 oktyabr tarixinə qədər QEYDİYYAT linkinə
daxil olub qeydiyyatdan keçməlidilər. Seçimlərdən sonra 15 komanda layihədə öz
işini davam etdirmək şansı qazanır.
5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcəklər.

"TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və
"PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə "Step IT”
akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu,3-cü yerin sahibinə isə
Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim
ediləcək.
Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi isə technote.az tərəfindən təmin ediləcək.
Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi isə technote.az tərəfindən təmin ediləcək.
Qeyd edək ki, "TechFall 2016 Hackathon”layihəsinin əsas
məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və
bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait
yaratmaqdır. Bununla yanaşıkeçirildiyi müddət ərzində müxtəlif proqramların və
alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində
biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin
əsas məqsədlərindəndir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ