main-post-cover

    "Technote Taxi" bugündən etibarən Azərbaycanda 3 regionda fəaliyyətə başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    2 illik fəaliyyətimiz ərzində əsas istiqamətimiz Azərbaycanda texnologiya mediasının inkişafına təsir göstərmək olub. Bugündən etibarən ölkəmzin 3 regionunda fərqli bazarda xidmət göstərəcəyik. Son illərdə taksi bazarının inkişafı və bazarda yerli texnoloji əsaslı taksi xidmətlərinin azlığını nəzərə alaraq sizlərə yeni xidmətimizi təqdim edirik.
     
    "Technote Taxi" bulud əsaslı texnologiya əsasında formalaşdırılmış innovativ taxi xidmətidir. Android iOS platforması üçün mövcud olan tətbiqinin digər xidmətlərdən əsas fərqi tətbiq olunan ödəniş sistemindədir. Tətbiq, sürücülər üçün də xüsusi imkanlar təklif edir. Belə ki, digər xidmətlərə nisbətən sürücülərə güzəştli faizlər və bonuslar təqdim olunur. Tətbiqin istifadə qaydası rahat və asandır.

     "Technote Taxi" aşağıdakı yenilikləri ilə diqqət cəlb edir:

    - Siyasi söhbətlər etməyən, "Formula 1, İslam Oyunları və Avropa oyunları nəyə lazımdır" söhbətləri ilə müştəriləri bezdirməyən sürücülər

    - Şəxsi məlumatlardan sui istfadə etməyən və xanım müştərilərə etik davranan sürücülər

    - 4 diplomu olmayan və əvvəllər hansısa Nazirlikdə işləməyən sadə sürücülər

    - Rahat və Asan taxi sifarişi

    Siz hələ də bunların mümkünlüyünə inanırsınız? Təbii ki, yox. Bu məqalə 1 Aprel gülüş günü ilə əlaqədar yazılmış informasiyadır. Keçən il yayımladığımız 1 Aprel məqaləsi ilə isə buradan tanış ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər