main-post-cover

    “Təhlükəsiz İnternet” layihəsi başa çatdı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən "Təhlükəsiz İnternet” adlı layihə uğurla başa çatdı.  

    Qeyd edək ki, layihə çərçivəsində Lənkəran şəhəri ilə yanaşı Astara, Masallı, Lerik və Biləsuvar rayonlarında yaşayan məktəblilər də, internet təhlükəsizliyi mövzularında faydalı biliklərə yiyələniblər. 
    Layihənin məqsədi cənub bölgəsində təlimlər keçməklə məktəbyaşlı gənclərə, yeniyetmələrə internetdən təhlükəsiz istifadə qaydalarından istifadə etməklə daha doğru-düzgün istiqamətdə faydalanmaq haqqında maarifləndirmə işini həyata keçirməkdir.
    Layihə rəhbəri Raiq Əliyev bildirib ki, layihə çərçivəsində internet təhlükəsizliyi, onlayn alış-veriş zamanı elektron kartlardan istifadə, şəxsi məlumatların qorunması və təhlükəsizliyi, internet etikası ilə bağlı məlumatlar verilmişdir. Layihə cənub bölgəsində yaşayan məktəbyaşlı uşaqların və yeniyetmələrin, internet texnologiyalarından daha səmərəli və təhlükəsiz istifadəsinə böyük töhfə verəcəkdir.
    Layihənin davamlığı üçün yuxarıda adları qeyd olunan rayonların Gənclər və İdman İdarələrinin təşkilatçılıqları ilə digər məktəblərdə də, təlimlər təşkil edilməsi planlaşdırılmışdır.





    Linki kopyala