Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən "Təhlükəsiz İnternet”
adlı layihə uğurla başa çatdı.
Qeyd edək
ki, layihə çərçivəsində Lənkəran şəhəri ilə yanaşı Astara, Masallı, Lerik və Biləsuvar
rayonlarında yaşayan məktəblilər də, internet təhlükəsizliyi mövzularında
faydalı biliklərə yiyələniblər.
Layihənin məqsədi cənub bölgəsində təlimlər
keçməklə məktəbyaşlı gənclərə, yeniyetmələrə internetdən təhlükəsiz istifadə
qaydalarından istifadə etməklə daha doğru-düzgün istiqamətdə faydalanmaq
haqqında maarifləndirmə işini həyata keçirməkdir.
Layihə rəhbəri Raiq Əliyev bildirib ki, layihə
çərçivəsində internet təhlükəsizliyi, onlayn alış-veriş zamanı elektron
kartlardan istifadə, şəxsi məlumatların qorunması və təhlükəsizliyi, internet
etikası ilə bağlı məlumatlar verilmişdir. Layihə cənub bölgəsində yaşayan
məktəbyaşlı uşaqların və yeniyetmələrin, internet texnologiyalarından daha
səmərəli və təhlükəsiz istifadəsinə böyük töhfə verəcəkdir.
Layihənin davamlığı üçün
yuxarıda adları qeyd olunan rayonların Gənclər və İdman İdarələrinin
təşkilatçılıqları ilə digər məktəblərdə də, təlimlər təşkil edilməsi
planlaşdırılmışdır.
Şərh yoxdur