main-post-cover

    Tək səhifəlik saytdan 4 ayda 1 milyon dollar qazanan adam

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Tələbə vaxtlarında 5 qəpik pulu olmayan Alex Tew, tək bir səhifəlik saytdan necə 1 milyon dollar qazandığı barədə danışdı.

    Alexin viral şəklində yayılan saytı milliondollarhomepage.comu bəlkə də daha əvvəl eşitmisiniz. Tələbə olduğu illərdə cibində 5 qəpik pulu olmadığı bir anda "startap" həvəsinə düşən Alex, sadəcə tək bir səhifədən ibarət olan bir sayt hazırlamış və arzu etdiyi 1 milyon dolları qazanmağı (saytın adı da bir milyon dollarlıq səhifə) bacarmışdı. Bəs bu necə oldu? Alexin bu layihəsi necə 1 milyon dollar qazandı?
    2005-ci ildə Nottingem Universitetində İdarəçilik fakültəsinə daxil olan Alex, universitet xərclərini qarşılayacaq maddi imkanı olmadığı üçün axtarışlara başlayır. Lakin standart bir tələbə kimi part-time bir işdə işləmək yerinə çox fərqli, bu zamana qədər heç kimin etmədiyi bir layihənin daha yararlı ola biləcəyini düşünür və Bir Milyon Dollarlıq Səhifə adındakı saytını hazırlayır. Saytda ümumi 1 milyon piksel mövcuddur və hər pikselin qiyməti 1 dollardır. Əgər bütün pikselləri satsa qazanmaq istədiyi pulu da əldə etmiş olacaqdı.

    Viral formatında internet mühitində və televiziyada yayılan saytdakı bütün piksellər təxminən 4 ay içərisində satılır və o, xəyalındakı pula qovuşmuş olur. Beləki son qalan piksellər internet mühitində hərraca çıxarılır və digər insanlar üçün də gəlir yeri olmuşdu.
    Alexin hazırda Calm adında, mobil tətbiqlərlə istifadəçiləri rahatlatmağı, sakinləşdirməyi hədəflədiyi yeni bir startapı var. Bu tətbiqlər, içərisində çay axını, dalğa, fırtına, yağış kimi təbiət hadisələrinə aid səsləri istifadəçilərə şəkilləri ilə birlikdə çatdırır. Stressin, narahatlığın depressiyanın günümüzün ən çox yayılmış xəstəlikləri olduğunu bildirən Alex Tew, Calm ilə bunların qarşısına keçməyi hədəfləyir və bu hədəfinə qismən də olsa çatıb. Beləki Calm daxilindəki bütün bu tətbiqləri 6 milyondan çox insanın istifadə etdiyini deyə bilərik.
    Linki kopyala