
Tələbə yosunlardan ekoloji təmiz butulkalar hazırlayıb
Digər
07.05.2017
Farid Pardashunas
İslandiya Rəssamlıq Akademiyasının tələbəsi Ari Jonsson
plastik tullantıların zərəri haqqında düşünərək onların istehsalının azaldılma
üsulunu təklif edib. Belə ki, o yosunlar vasitəsilə özü-özünə çürüyən ekoloji təmiz
butulkalar hazırlayıb. Ekoloji təmiz məhsulun yaradılması üçün o dünyanın bir
çox dənizlərində var olan qırmızı yosunlardan istifadə edib. Yosunların bəzi
növləri qidalara da əlavə olunur. Yəni onlar tamamilə zəhərsizdirlər. Qurudulmuş
yosunlardan əldə olunmuş tozu suya qataraq Ari qatı qarışıq alıb. Daha sonra o,
həmin qatı qarışıqdan butulkalar düzəldib. Hazırlanmış butulkanın tərkibində
maye olduğu müddətcə o öz formasını saxlayır. Maye olmadığı halda isə
butulkanın forması dəyişərək ölçüsü azalır və ətraf mühitə heç bir zərər
vurmadan təbii şəkildə çürüyür.

Linki kopyala
Həftənin xəbərləri

