Reklam
Tələbə yosunlardan ekoloji təmiz butulkalar hazırlayıb

Tələbə yosunlardan ekoloji təmiz butulkalar hazırlayıb

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İslandiya Rəssamlıq Akademiyasının tələbəsi Ari Jonsson plastik tullantıların zərəri haqqında düşünərək onların istehsalının azaldılma üsulunu təklif edib. Belə ki, o yosunlar vasitəsilə özü-özünə çürüyən ekoloji təmiz butulkalar hazırlayıb. Ekoloji təmiz məhsulun yaradılması üçün o dünyanın bir çox dənizlərində var olan qırmızı yosunlardan istifadə edib. Yosunların bəzi növləri qidalara da əlavə olunur. Yəni onlar tamamilə zəhərsizdirlər. Qurudulmuş yosunlardan əldə olunmuş tozu suya qataraq Ari qatı qarışıq alıb. Daha sonra o, həmin qatı qarışıqdan butulkalar düzəldib. Hazırlanmış butulkanın tərkibində maye olduğu müddətcə o öz formasını saxlayır. Maye olmadığı halda isə butulkanın forması dəyişərək ölçüsü azalır və ətraf mühitə heç bir zərər vurmadan təbii şəkildə çürüyür.

Yosunlardan hazırlanmış butulkalar İslandiyada keçirilmiş DesignMarch dizayn festivalında təqdim olunmuşdu. Ar Jonsson-un fikrincə bu cür istehsal üsulunu daha irimiqyaslı sahələrdə tətbiq etmək olar. Lakin Ari-nin sözlərinə görə mütləq material kimi yosunların istifadəsi şərt deyil. Belə ki, bu cür butulkaların tərkbində olan mayenin br qədər spesifik dadı olur. Hər-halda bu innovativ fikir nsanlığı ekoloji cəhətdən daha təmiz ixtiralara yönəldə bilər. Təbiətin plastik tullantılar tərəfindən çirklənməsi 21-ci əsrin əsas problemlərindən birinə çevrilib. Xlorlaşdırılmış plastik materiallar torpağa zərərli kimyəvi maddələr keçirdir və beləliklə su mənbələri çirklənir. Dünya okeanının 88%-i müxtəlif ölçülü plastk materialların çirklənməsindən əziyyət çəkir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×