Telefon Batareyasını qorumaq üçün Sadə amma Təsirli 6 üsul!

Telefon Batareyasını qorumaq üçün Sadə amma Təsirli 6 üsul!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonunuzun batareyası sürətli şəkildə bitirsə və şarj cihazını daşımaq işgəncə halına çevrilibsə, bu 6 üsulla hərşeyi lehinizə dəyişə bilərsiniz.

Ağıllı telefonlar möhtəşəm cihazlardır: Onlar vasitəsilə ən keyfiyyətli filmləri izləyir, onu televizor pultu olaraq istifadə edə bilir və internetdə gəzərkən, mesajlaşma platformaları vasitəsilə dostlarınızla əlaqə qura bilirsiniz. Angry Birds, Cut The Rope, Candy Crush və s. kimi oynadığımız oyunları da yaddan çıxartmaq olmaz. Ancaq iş saatı başa çatmadan ekranda "10% batareya ömrü qaldı”ğını xəbərdar edən yazını görmək çox can sıxıcı olur.
 

Bu vəziyyəti lehimizə necə çevirə bilərik? Bir neçə üsulla batareya ömründən böyük ölçüdə qənaət edə bilməyiniz mümkündür.


Məkan bildiriş servisini bağlayın

GPS, batareyanı sürətlə bitirə bilən bir servisdir. Üstəlik niyə 7 gün 24 saat məkan bildiriş servisiniz açıq qalmalıdır? Əlavə olaraq da pis niyyətli insanların bu məlumatlardan istifadə edə biləcəyini unutmayın.

Video, film izləmək vərdişlərinizi dəyişin


Telefondan, film və ya seriala baxmaq xoş ola bilər amma bu keyfi, evinizdə TV-dən izləyərək çıxartmağınızı məsləhət görürük. 4G kimi xidmətlər həddindən artıq batareya ömrünün azalmasına səbəb olur. Serialın və ya filmin keyfiyyəti artdıqca batareyanın ömrü də sürətlə azalmağa davam edir.

Uzaqdan Qoşulma Xidmətlərini bağlayın


WiFi və Bluetooth çox vacib parametrlərdir amma lazım olmadıqda bağlı saxlamağı vərdiş halına çevirməyiniz ən yaxşı yoldur.

Parlaqlığı azaldın


Ağıllı telefonların böyük və yüksək parlaq ekranları, daha çox batareya ömrünün azalmasına səbəb olur. Əgər bunu sizin üçün telefonunuzun etməsini istəyirsinizsə, "avtomatik parlaqlıq” variantından istifadə edə bilərsiniz.

Bildirişləri bağlayın

Əgər çox da vacib deyilsə gərəksiz bildirişləri bağlayın. Bəzən gələn bildirişlər çox lazımsız olur və bu bildirişlərin tək məqsədi sanki batareyanın ömrünü azaltmaqdır.

Batareyaya qənaət rejimlərindən istifadə edin

Ağıllı telefon istehsalçıları, batareya qoruma rejimləri üçün ciddi investisiyalar edirlər. Tövsiyələrinə əməl etmək və bu seçimi bağlamamaq ən düzgün yol olacaqdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×