Telefon danışıqlarının avtomatik yazılması. (Android və iOS)

Telefon danışıqlarının avtomatik yazılması. (Android və iOS)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonlarda belə bir xüsusiyyət olmasada, telefonunuza yükləyəcəyiniz bəzi tətbiqlər vasitəsilə siz telefon danışıqlarınızı səs yazısı şəklində qeyd edə bilərsiniz.

Bəzən vacib danışıqlar olur ki, onu qeyd etmək məcburiyyətində qalırıq. Məsələn: kimsə sizə telefonda nömrə deyir və sizin qeyd dəftəriniz yanınızda deyil. Zəngin avtomatik yazılması telefon danışığı bitəndən dərhal sonra həmin danışığa qulaq asmağa imkan verir. Başqa bir misal: hər hansı məkana necə gedəcəyinizi başqa birindən öyrənirsiniz. Yolun uzun və çox döngəli olması bir dəfəyə telefonda bunun yaddınızda qalmamasına səbəb ola bilər. Yaxud siz dəfələrlə qarşı tərəfə zəng edib yolu dəqiqləşdirəcəksiniz. Bütün bunların baş verməməsi üçün zənglərin avtomatik yazılması sizə çox kömək edə bilər.

Android platformasında ən məşhur zəngləri avtomatik qeyd edən tətbiq Automatic Call Recorder tətbiqidir.



Tətbiqin pullu və pulsuz xidmətləri mövcuddur. Tətbiq avtomatik olaraq danışıqları yazır. Həm telefona gələn həm də çıxan zəngləri qeyd edir. Pulsuz xidmətlərdən istifadə etməklə müəyyən müddət ərzində siz 1-dən 300-ə qədər səs qeydi yaza bilərsiniz. Bu inbox tutumudur. 300-dən çox zəng qəbul etdikdə əvvəlki qeydlər silinməyə başlayır. Lakin bu problemi həll etmək üçün sizə lazım olan telefon danışığını tapıb yaddaşda saxlamaq olar. Pullu xidmətdən istifadə etməklə inbox həcmini 500 yaxud 1000 olaraq artıra bilərsiniz.
 
 
Sizə lazım olan formatı isə settings menyusundan rahatlıqla seçə bilərsiniz. Sözü gedən tətbiqi Android platforması üçün buradan yükləyə bilərsiniz.
iOS əməliyyat sistemli telefonlarda isə Call Recorder Free tətbiqindən istifadə edə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×