Format etmədən telefonda itirilmiş şifrənin bərpası

Format etmədən telefonda itirilmiş şifrənin bərpası

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Android sistemi bütün dünyadan istifadə olunan iki nəhəng mobil əməliyyat sistemindən biridir. Google şirkəti hər il öz əməliyyat sistemini yeniləyərək, çatışmayan cəhətləri bərpa edir. Hər yeniləmədən sonra təhlükəsizlik xüsusiyyətləri artırılır. Əgər siz mobil cihazınıza şifrə qoyub unutmusunuzsa, cihazınızı format edərək cihazınızı bərpa edə bilirdiniz. Amma bu halda bütün məlumatlarınızı itirməli olurdunuz. Əgər siz heç bir məlumat itirmədən cihazınızı bərpa etmək istəyirsinizsə, o zaman bu xəbərimizi diqqətlə oxuyun.


 

Biz bu yazımızda sizə bir neçə üsulla cihazı bərpa etməyin yolunu izah edəcəyik. Beləliklə başlayaq.

 

1.Üsul: Heç bir məlumat itirmədən şifrənin bərpası

Sizə lazım olacaq əsas vasitələr bunlardır:

·Aroma File Manager

·Şifrə blokuna düşmüş cihazınız

·Əlavə boş yaddaş kartı

Addım 1. Aroma File Manageryüklədikdən sonra onu yaddaş kartına köçürün və yaddaş kartını şifrə blokuna düşmüş cihazınıza taxın.

Addım 2. Daha sonra cihazınızı söndürün və Stock Recovery Mod’a daxil olun. Normal halda bunun üçün power button (yandırıb söndürmə düyməsi) və volume up (səs yüksəltmə) düymələrini eyni anda sıxıb gözləmək lazımdır. Bir neçə saniyə sonra həmin menyu ekrana gələcək. Qeyd edək ki, bu menyu müxtəlif cihazlarda müxtəlif cür açılır. Bunun üçün cihazınızın modelinə uyğun internetdə araşdırma edə bilərsiniz. Əgər xüsusi recovery proqramlarından istifadə edən istifadəçilər varsa, o zaman TWRP və ya CWP recovery’lərdən də istifadə edə bilərsiniz.

Addım 3. Recovery’də hərəkət etmək üçün volume up (səs yüksəltmə), volume down (səs azaltma), home button (orta düymə) istifadə edə bilərsiniz. Recovery menyuda İnstall ZİP from SD card seçiminə tıklayın və açılan menyudan Aroma File Manager faylının üstünə basaraq yükləyin.

Addım 4. Yükləmə bitdikdən sonra həmin fayl yeni recovery kimi açılacaq.

Addım 5. Aroma File Manager menyusunda settings bölməsini seçin və Automount all devices on start funksiyasının üzərinə basın. Daha sonra isə çıxın.

Addım 6. Addım 3 və 4’ü təkrarlayın.

Addım 7. Bu addımlardan sonra Aroma File Manager yenidən açılacaq.

Addım 8. İndi isə Data Folder>>Sysem Folder bölmələrinə daxil olun və gesture.key və ya password.keyfayllarını tapın.

Addım 9. Bu fayllardan hansı varsa, onu silin və Aroma İnstaller menyudan çıxaraq cihazı yenidən başladın. Cihaz yenidən başladıqdan sonra görəcəksiniz ki, şifrə ekranı qalıb. Amma narahat olmayın, istənilən şifrəni daxil edin və cihaz açılacaq.

 

 

2.Üsul: Heç bir məlumat itirmədən şifrənin bərpası

1. İlk olaraq kompyuterə Android SDK qurulmalıdır. Andrdoid SDK qurulması və lazımi addımları isə aşağıdakı şəkildə izah etmişik.

İlk olaraq ADB əmrlərinin çalışması üçün Android SDK Tools proqramını endirməlisiniz. Yüklədikdən sonra açılan pəncərədə Android SDK Tools üzərdindən quş işarəsini götürün və Android SDK Platform-tools bölməsini işarələyib paketi yükləyin.

2. Digər tələb isə cihazda USB Debugging funksiyasının aktiv olmasıdır. Əgər aktivdirsə, bu üsula davam edir, aktiv deyilsə, bu üsulu yoxlamayın.

3. Bu prosesin uğuru alınması üçün cihazın driver’lərinin kompyuterə qurulması mütləq vacibdir.

 

PROSESİN DAVAMI

Addım 1. Cihazınızı USB ilə kompyuterə bağlayın.

Addım 2. Daha əvvəl kompyuterə yüklədiyiniz Android SDK Tools qovluğunu açın və bu ardıcıllıqla Platform-Tools hissəsinə keçin:

Android SDK Tools Users>>App Data>>Local>>Android>>Android-SDK>>Platform Tools

Daha sonra isə bu qovluqda maus’un sağ düyməsini klikləyərək açılan menyudan open command window here əmrini seçin.


Addım 3. Qarşınızda bir pəncərə açılacaq. Bu pəncərə ilə cihazın bağlı olub-olmadığını yoxlamaq üçün aşağıdakı əmri yazıb enter düyməsinə basın:

adb devices



Daha sonra bu kodları daxil edin:

adb shell
cd /data/data/com.android.providers.settings/databases
sqlite3 settings.db
update system set value=0 where name=’lock_pattern_autolock’;
update system set value=0 where name=’lockscreen.lockedoutpermanently’;
.quit

Əgər bu kodlar işləməsə,

adb shell rm /data/system/gesture.key

 

3.Üsul: Bütün məlumatların silinməsi ilə şifrənin bərpası

Əgər yuxarıdakı üsullarla alınmadısa, və ya sizin kompyuteriniz yoxdursa, və ya USB Debugging açıq deyilsə, o zaman aşağıdakı üsulla cihazınızı bərpa edə bilərsiniz. Qeyd: Bütün məlumatlar silinəcək.

Addım 1. Cihazınızı söndürün

Addım 2. Cihazınızın recovery menyusuna daxil olun. Recovery menyuya daxil olmaq üçün cihazınız power (güc düyməsi) və volume up (səs artıran) birlikdə sıxın.

Addım 3. Recovery menyu açıldıqdan sonra:

·Factory Data Reset əmrini seçin və daha sonra Yes əmrini verin.

·Wipe Cache Partition əmrini seçin və keşi təmizləyin

Addım 4. Bu proseslərdən sonra cihazı yenidən başladın.

Addım 5. Artıq cihazınızdan istifadə edə bilərsiniz :)

 

Diqqət!!! Bu proseslərdən başqasının cihazını qırmaq üçün istifadə etməyin!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×