main-post-cover

    Telefon tualetə düşən zaman nə etməli?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Telefonlar və mobil cihazlar həyatımıza elə inteqrasiya edib ki, bu lənətlənmiş cihazları yanımızdan ayıra bilmirik. Bir çoxlarınız yəqin ki, ayaqyoluna gedən zaman bərabərində telefonuda aparır. Müxtəlif oyunlar oynamaq, musiqi dinləmək və başqaları ilə gizli telefon görüşləri keçirmək üçün tualet əla məkandır. Düzdur bu qədər üstünlükləri var amma bəzi məqamlar var ki, xüsusilə diqqət etməlisiniz. Araşdırmalar göstərir ki, telefonun üzərində tualetdəkindən çox mikrob olur lakin bu əsas vermir ki, siz telefon ilə tualetə gedəsiniz. 1-ci növbədə telefon ilə tualetə girmək təmizlik baxımından yol verilməzdir. 2-ci məsələ isə tualetə telefonsuz girənlər tualetə telefonla girənlərə nisbətdə daha çox vaxta qənaət edirlər. Hə, gəldik əsas məsələyə diqqətsizlik etdiniz və telefon düşdü tualetə. Bu hal baş verərsə dərhal aşağıdakıları edin:
    1. Bir yolunu tapıb telefonu oradan dərhal azad edin və qətiyyən telefonu yumağa cəht etməyin. Qaş düzəltdiyiniz yerdə gözü çıxarmış olarsınız. ( əgər telefonu azad edə bilmədinizsə suyu çəkmək haqqında da düşünməyin )
    2. Telefonu məlum yerdən çıxardıqdan sonra söndürün və bacardığınız qədər hissələrə ayırın. Gövdəni və hissələri yumşaq bezlə qurulayın.
    3. Düyü ilə dolu bir paketin havasın çıxarın və telefonu bir müddət həmin yerdə saxlayın.
    4. Daha sonra telefonu isti bir yerdə 24 saat saxlayın.
    5. Nəhayət telefonu aça bilərsiniz əgər işləməsə batareyanı yeniləyin yox əgər yenə alınmasa yeni telefon axtarmaq lazımdır.
    qeyd: qətiyyən telefonu fenlə qurutmağa çalışmayın bu suyun daha da yayılmasına səbəb olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər