main-post-cover

    Telefonların enerjisini iki qat artıracaq texnologiya

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonların əsas problemlərindən biri və ən vacibi enerjidir.  Yüksək qiymətlərlə satılan mobil cihazların maksimum dayanıqlılıq vaxtı 1.5 gündür. Amma artıq bunun üzərində çalışmalara başlayan MIT tezliklə bu sahədə yeniliyə imza atmağa qərar verib. MIT-in açıqlamasına görə, batareya ömrünü iki qat artıracaq texnologiya üzərində çalışmalar başlanıb. Şirkətin inkişaf etdirdiyi litium metal batareyaların adi batareyalarla müqayisədə daha sərfəli olması gözlənilir. Bu texnologiyanın yaxın zamanlarda istifadəyə verilməməsini nəzərə alaraq, uzun müddət öz aktivliyini saxlayan telefonların şarj etmə müddətləri ilə tanış olaq.

    Samsung Galaxy S6– batareya gücü 2550mAh, enerji yığma müddəti 1 saat 18 dəqiqə
    Samsung Galaxy Note 4– batareya gücü 3220mAh, enerji yığma müddəti 1 saat 35 dəqiqə
    Google Nexus 6– batareya gücü 3220mAh, enerji yığma müddəti 1 saat 38 dəqiqə
    HTC One M9– batareya gücü 2840mAh, enerji yığma müddəti 1 saat 46 dəqiqə
    LG G3– batareya gücü 3000mAh, enerji yığma müddəti 2 saat
    LG G4– batareya gücü 3000mAh, enerji yığma müddəti 2 saat 7 dəqiqə
    Samsung Galaxy Note 3–batareya gücü 3200mAh, enerji yığma müddəti 2 saat 15 dəqiqə
    Apple iPhone 6–batareya gücü 1810mAh, enerji yığma müddəti 2 saat 27 dəqiqə
    Apple iPhone 6 Plus–batareya gücü 2915mAh, enerji yığma müddəti 2 saat 51 dəqiqə
    Sony Xperia Z3 Compact–batareya gücü 2600mAh, enerji yığma müddəti 3 saat 28 dəqiqə
    Sony Xperia Z3–batareya gücü 3100mAh, enerji yığma müddəti 3 saat 55 dəqiqə
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər