
Telefonu evdə qoymağın 5 üstünlüyü
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Biz heçdə yeni texnologiyalardan
imtina etməyə çağırmırırq. Lakin bəzən telefonu evdə qoymağın 5 əsas səbəbi
var. Yəqin ki, yeni nəsil smartfonların bizim həyatımızı yüngülləşdirdikləri
faktını təkzib etmək ağılsızlıq olardı. Siz zəngli saat vasitəsilə yuxudan oyanır,
hava şəraitini öyrənir, vacib xəbərləri oxuyur, dostlarınızla söhbət edir,
Siri-yə sizi maraqlandıran sualları verir, Google Maps vasitəsilə ünvanları
tapır və s. bunlara bənzər vacib əməliyyatları yerinə yetirirsiniz. Və bütün
bunları kiçik cihazın vasitəsilə edirsiniz. Əgər sizin probleminizi həll edəcək
bir mobil tətbiq yoxdursa onda çox güman ki, o hal-hazırda hazırlanır. Smartfon
təkcə əyləncə üçün deyil həmdə iş üçün lazımdır. Smartfon həmdə təkcə aksessuar
deyil. O faydalı alətdir hansı ki, biz onsuz evdən çıxa bilmirik. Lakin çox
zaman smartfonlar əvvəlki yaşam tərzimizi yenidən yaşamağımıza mane olurlar. Bəlkədə
buna görə əlaqəsiz qalan zaman biz özümüzü daha azad hiss edirik. Telefonsuz həyatın
5 üstünlüyünü sizlərə təqdim edirik.
Sizin fikriniz daha az yayınacaq
Sizin fikriniz daha az yayınacaq
Siz telefonunuza hər iki dəqiqədən
bir gələn bildirişlərə baxmayaraq işinizə daha lazımi diqqətinizi ayıra biləcəksiniz.
Əgər siz Facebook, Instagram və Twitter-də minlərlə adamı izləyirsinizsə və
onların şəxsi həyatları sizə maraqlıdırsa onda sizin öz şəxsi həyatınıza belə
vaxtınız qalmayacaq. İş ilə şəxsi həyat arasındakı balansı tapmaq asan deyil.
Lakin siz işlərinizin çox hissəsini ofisdə başa çatdırsanız onda axşam
saatlarını istirahətə və yaxınlarla ünsiyyətə sərf etmək olar. İşə öz mobil
cihazınızı aparmayın. Siz görəcəksiniz ki, beləliklə daha çox işin öhdəsindən gəlirsiniz.
Siz rahatlayacaqsınız
Siz rahatlayacaqsınız
Qulaqda qulaqlıq və ya digər cihaz
olmayanda bu çox gözəl hisdir. Sizin ətrafınızda yetəri qədər xoşagələn səslər
var. Məsələn quşların oxuması, küləyin səsi və s. Adi kitabdan istifadə edin.
Onun elektron versiyasından imtina edin. Adi kitabı götürüb hansısa parkda
oturun. Onun səhifələrini vərəqləyərəq kağızın hamarlığını hiss edin.
Telefonsuz siz rahatlayaraq dincələcəksiniz və sizin diqqətinizin müxtəlif yerlərə
ayrılması hissindən azad olacaqsınız.
Siz insanlarla ünsiyyətdən həzz
alacaqsınız
Siz insanlarla ünsiyyətdən həzz
alacaqsınız
Mətnli ismarıcların, sosial şəbəkələrin
və bir çox messencerlərin ortaya çıxması ilə insanlar arasındakı ünsiyyət bir
xeyli bayağı hala gəlib. Lakin canlı insan ilə ünsiyyət istəyi heç yerə itməyib.
Biz həyatda verən bir çox hadisələrə telefon ekranından baxırıq. Məsələn
hansısa idman yarış, sevdiyimiz insan ilə görüş və s. Cihazsız qaldıqda siz
anlayacaqsınız ki, digər insanlarla yaratdığınız xatirələr istənilən videodan
daha dərin hislər buraxır.
Siz real həyata olan diqqətinizi cələşdirəcəksiniz
Siz real həyata olan diqqətinizi cələşdirəcəksiniz
Əgər sizin fikirləriniz başqa yerdədirsə
onda bəzi şeyləri anlatmaq və hiss etmək qeyri-mümkündür. Instagram-da yüzlərlə
bəyənilmə yığaraq sizin səhər yeməyiniz dadını artırmayacaq. Hər-hansı bir
fotonu izləyilcilərinizlə paylaşmağınız səyahətinizin daha maraqlı və həyəcanlı
olmağında bir rol oynamayacaq. Smartfon və sosial şəbəkələr uşağın gülməyi
sevincindən, sevdiyiniz insanın sizi qucaqlamasından, dostlarınızla görüşməyinizdən
aldığınız həzzin yalnız qarşısını alacaqlar. İnternetdə deyil, real həyatda
yaşamağa çalışın.
Siz həyatınızın bir hissəsinin
toxunulmazlığını təmin edəcəksiniz
Siz həyatınızın bir hissəsinin
toxunulmazlığını təmin edəcəksiniz
Heç kimə maraqlı deyil ki, siz öz
itinizi hansı səbəbdən baytar yanına apardınız. Bununla yanaşı hər dəfə
mağazaya gedəndə bunu öz sosial şəbəkə hesabınızda bildirməyə ehtiyac yoxdur.
Normal olan hal öz həyatınızı yalnız yaxın dostlarınız və yaxınlarınızla
paylaşmağınızdır. Digər hallarda isə insanlar hər dəqiqə sizi eşitmək belə istəmirlər.
Qalan dünyadan gizli bəzi sirləriniz olsun. Məsələn dostunuzla öncədən həftədə
bir dəfə eyni vaxtda və eyni yerdə telefonsuz görüşməyinizi planlaşdırın. Lakin
bunu başqa heç kimə deməyin. Beləliklə görüş zamanı siz sadəcə olaraq adi şeylərdən
danışsaz belə görüş sizə xüsusi gələcək.
Texnologiyalar hər gün təkmilləşdirilirlər.
Lakin hər şeydən xəbərdar olmaq əksinə bizim həyatımıza stress əlavə edir. Buna
görədə həftə sonları telefonu evdə qoyub harasa getməyə çalışın. Gəzin, görün,
yeni insanlarla tanış olun. Əsl həyat budur.
Linki kopyala
Həftənin xəbərləri

